Fransa millisinin kapitanı Kilian Mbappe milli komandanın məşqini vaxtından əvvəl başa vuraraq meydanı tək tərk edib.
EDnews xəbər verir ki, bu barədə tanınmış insayder Miki Junior “X” sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, Madridin “Real” klubunun hücumçusu zədə səbəbindən məşq sessiyasını tamamlaya bilməyib.
Hadisənin detalları hələlik açıqlanmayıb.
Qeyd olunur ki, iyunun 8-də Fransa millisi 2026-cı il dünya çempionatından əvvəl son yoldaşlıq oyununda Şimali İrlandiya ilə qarşılaşacaq.
Mbappenin həmin görüşdə iştirak edib-etməyəcəyi hələlik məlum deyil. Ehtimal olunur ki, futbolçuya istirahət verilə bilər.
Xatırladaq ki, Fransa millisi dünya çempionatının qrup mərhələsində Seneqal, Norveç və İraqla qarşılaşacaq.
Fransa yığması turnirdə ilk oyununu iyunun 16-da Seneqala qarşı keçirəcək.







