Sabah İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü keçiriləcək.
EDnews “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr məlumat yayıb.
Məlumata görə, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, həmçinin Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili iştirak edəcək.
Üçtərəfli görüş çərçivəsində Türkiyə, Azərbaycan və Gürcüstan arasında mövcud əməkdaşlığın vəziyyəti nəzərdən keçiriləcək. Tərəflər regional gündəlikdə duran məsələləri, eləcə də qarşıdakı dövr üçün birgə fəaliyyət sahələrini müzakirə edəcəklər.


.jpg)




