Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan baş nazir Nikol Paşinyanın ordunun vəziyyəti ilə bağlı səsləndirdiyi fikirlərə reaksiya verib.
EDnews xəbər verir ki, Sarkisyan bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Eks-prezident Paşinyanın 2020-ci il müharibəsindən əvvəl Ermənistan ordusunu regionun ən döyüşkən və qətiyyətli qüvvəsi kimi təqdim etdiyini xatırladıb. Onun sözlərinə görə, hazırkı baş nazirin ordunun vəziyyəti ilə bağlı son açıqlamaları əvvəlki bəyanatları ilə ziddiyyət təşkil edir.
Sarkisyan mayın 28-də keçirilən hərbi parad və həmin paradda nümayiş etdirilən silahlarla bağlı da fikirlərini bölüşüb. O, təqdim olunan bir çox silah nümunəsinin effektivliyinə şübhə ilə yanaşdığını bildirib.
Ermənistanın keçmiş prezidenti qeyd edib ki, həmin silahlar hələ real döyüş şəraitində sınaqdan çıxarılmayıb. Sarkisyanın fikrincə, bu parad büdcədən müdafiə sahəsinə ayrılan milyardlarla vəsaitin xərclənməsinə bəraət qazandırmaq məqsədi daşıyır.


.jpg)





