Ermənistan Mərkəzi Seçki Komissiyası müxalifətin etirazlarından sonra sözügedən seçki dairəsində səslərin etibarsız sayılacağını açıqlayıb.
EDnews xəbər verir ki, MSK həmçinin seçki məntəqəsində topa şəkildə bülleten atan şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib.
Qeyd olunur ki, müxalifət nümayəndələri həmin dairədə səsvermə prosesində qanun pozuntularının baş verdiyini iddia edərək nəticələrə etiraz ediblər.
MSK-nın qərarından sonra faktla bağlı araşdırma aparılacağı və qanunsuzluğa yol verən şəxslər barəsində müvafiq tədbirlər görüləcəyi gözlənilir.







