Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin hələlik Avropa İttifaqına namizəd statusu almağa hazır olmadığını bildirib.
EDnews xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına üzvlük perspektivi ilə bağlı açıqlama verib.
Paşinyan bildirib ki, hazırkı mərhələdə Ermənistanın Aİ-yə namizəd statusu alması üçün uyğun zaman deyil.
“Ermənistan hələlik Aİ-yə namizəd statusu almağa hazır deyil və üzvlük üçün indi zaman deyil. Çünki buna hələ nə biz, nə də Aİ hazırdır”, – deyə Paşinyan qeyd edib.
Ermənistan Baş naziri bununla ölkəsinin Avropa İttifaqı ilə yaxınlaşma prosesinə ehtiyatlı yanaşdığını ifadə edib.








