Ev dustaqlığında olan iş adamı Samvel Karapetyan Ermənistanda keçirilən parlament seçkilərində səsvermədə iştirak edib.
EDnews-un məlumatına görə , o, həyat yoldaşı, qızı və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə Yerevandakı seçki məntəqəsinə gəlib.
Səsvermə ev dustaqlığına məruz qalan şəxslər üçün qanunla nəzərdə tutulmuş prosedurlar çərçivəsində baş tutub.








