Ermənistanda hüquq-mühafizə orqanlarının siyasi qüvvələrdən birinin ofisində istintaq hərəkətləri apardığı bildirilib.
EDnews xəbər verir ki, bu barədə vəkil Artuş Akopyan məlumat verib.
Onun sözlərinə görə, əvvəlcə ofisin hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınması barədə məlumat daxil olub. Bundan sonra vəkil hadisə yerinə gedərək binaya daxil olmağa və baş verənləri aydınlaşdırmağa çalışıb.
Lakin Akopyan ofisə daxil ola bilmədiyini və saxlanılan şəxslərin binadan aparıldığını gördüyünü bildirib.
“Bizə onların hansı iş üzrə saxlanıldığı və hara aparıldığı barədə məlumat verilmədi”, – deyə vəkil qeyd edib.
Daha əvvəl isə maskalı hüquq-mühafizə əməkdaşlarının siyasi qüvvənin ofisində istintaq hərəkətləri apardıqları barədə məlumat yayılmışdı.


.jpg)




