"Əminəm ki, müəyyən qrupların gətirilməsi ilə bağlı yaranan mənfi reaksiya Ermənistanın müstəqilliyinin və ölkədə müharibənin olmamasının tərəfdarlarını daha çox səsverməyə getməyə sövq edir”.
EDnews xəbər verir ki, bu fikirləri Ermənistanda keçirilən parlament seçkiləri zamanı Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərin suallarını cavablandırarkən deyib.
O əlavə edib ki, seçkilərlə bağlı cəmiyyətdə müxtəlif fikirlər mövcuddur və formalaşan ictimai dalğanın fərqli tərəfləri var.
Simonyanın sözlərinə görə, hüquq-mühafizə orqanları prosesə nəzarət edir və qanun pozuntularına qarşı kifayət qədər sərt tədbirlər görür.
Qeyd edək ki, bu gün Ermənistanda parlament seçkiləri keçirilir.
Səsvermə prosesi davam edir və gün ərzində seçici fəallığı ilə bağlı yeni məlumatların açıqlanacağı gözlənilir.
Aytac Kərimova | EDnews







