Ermənistanın hüquq-mühafizə orqanları son iki gün ərzində müxalifətdə olan “Güclü Ermənistan” Partiyasının 100-ə yaxın tərəfdarını saxlayıb.
EDnews xəbər verir ki, bu barədə partiyanın rəhbəri, rusiyalı iş adamı Samvel Karapetyan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, saxlanılmalar həm ötən gün, həm də bu gün davam edib.
“Dünən də, bu gün də təxminən 100 nəfər saxlanılıb. Amma qorxulu heç nə yoxdur”, – deyə Karapetyan parlament seçkilərində səs verdikdən sonra bildirib.
Partiya sədri “Güclü Ermənistan”ın seçkilərdə qalib gələcəyinə əmin olduğunu vurğulayıb. O qeyd edib ki, bu halda Ermənistan balanslaşdırılmış xarici siyasət yürüdəcək və Rusiya, ABŞ və Avropa İttifaqı ilə yaxşı münasibətlər saxlayacaq.


.jpg)




