Çərəzlərən qozun bir çox faydaları faydaları haqqında məlumatlar hərkəsə məlumdur. Sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova EDnews-a açıqlamasında deyib ki, ürək-damar sağlamlığı üçün qozun ən faydalı qidalardan biri olduğunu bildirib.
Onun sözlərinə görə, qozun tərkibində olan omeqa-3 yağ turşuları və digər faydalı maddələr ürəyin normal fəaliyyətini dəstəkləyir. Mütəxəssis qeyd edib ki, qozun müntəzəm istifadəsi damarların sağlamlığının qorunmasına və xolesterin səviyyəsinin tarazlaşdırılmasına kömək edə bilər.
Məhsəti xanım vurğulayıb ki, qoz antioksidantlarla zəngindir. Bu maddələr orqanizmdə sərbəst radikallarla mübarizə apararaq hüceyrələrin qorunmasına dəstək verir. Həmçinin qozun tərkibində maqnezium, kalium və digər vacib minerallar mövcuddur ki, bunlar da ürək-damar sisteminin sağlam fəaliyyəti üçün əhəmiyyətlidir.
Qida mütəxəssisinin sözlərinə görə, qoz həm də uzunmüddətli toxluq hissi yaratdığı üçün sağlam qidalanma proqramlarında geniş istifadə olunur. O bildirib ki, gündəlik rasiona az miqdarda qoz əlavə etmək ümumi sağlamlığa müsbət təsir göstərə bilər.
Mütəxəssis sağlam həyat tərzi üçün balanslı qidalanmanın, fiziki aktivliyin və zərərli vərdişlərdən uzaq durmağın vacibliyini də xatırladıb.







