Gəmidə xəsarət alan azərbaycanlılarla bağlı RƏSMİ MƏLUMAT - YENİLƏNİB

Gəmidə xəsarət alan azərbaycanlılarla bağlı <span class="text-danger">RƏSMİ MƏLUMAT - YENİLƏNİB</span>

5 iyun tarixində Azov dənizində dron hücumları nəticəsində “Natra” və “Zirkon” yük gəmilərində həlak olmuş və yaralanmış Azərbaycan vətəndaşlarının sayı və kimlikləri dəqiqləşdirilib.

EDnews xəbər verir ki, bu haqda Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, yenilənmiş məlumata əsasən, ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşından 4 nəfər yaralanıb, 4 nəfərin isə həlak olduğu bildirilir. İlkin olaraq vəfat etdiyi elan olunmuş digər bir şəxsin isə Azərbaycan vətəndaşı və Azərbaycan əsilli deyil, Rusiya vətəndaşı olduğu müəyyənləşib:

“Həlak olmuş vətəndaşlarımız 1976-cı il təvəllüdlü Rəcəb Əhədov və 1997-ci il təvəllüdlü Məhəmməd Əliyevin cəsədləri aşkarlanıb və cənazələrin ölkəmizə göndərilməsi istiqamətində tədbirlər görülür. Qeyd edək ki, həlak olduğu bildirilən digər iki vətəndaşımızın heyətində olduqları “Zirkon” gəmisi partlayış təhlükəsi olduğuna görə vurulduğu yerdə saxlanılıb. Rusiyanın xilasedici qrupları tərəfindən gəminin limana gətirilməsi üçün təhlükəsizlik tədbirləri görülür. Yalnız axtarış tədbirləri yekunlaşandan sonra iki vətəndaşın aqibəti barədə dəqiq məlumatın verilməsi mümkündür.  

Yeysk şəhər xəstəxanasına yerləşdirilmiş yaralılar 1998-ci il təvəllüdlü Samid İbadzadə və Rəşad Mədətxanov artıq xəstəxanadan çıxarılıb. 2002-ci il təvəllüdlü Emin Valehov və 1999-cu il təvəllüdlü Namiq Cəfərlinin də vəziyyətləri yaxşıdır və onlar müalicələrini tamamladıqdan sonra xəstəxanadan buraxılacaqlar. 

Rusiyadakı səfirliyimizin əməkdaşları ərazidədir və vətəndaşlarımıza zəruri dəstəyin göstərilməsi istiqamətində tədbirlər görülür. Bütün vətəndaşlarımız Yeysk şəhərində mehmanxanada yerləşdirilib və ailələri ilə təmasdadırlar. Vətənə qayıtmaq niyyətində olan və sənədləri itmiş vətəndaşlarımız müvafiq qayıdış şəhadətnamələri ilə təmin olunublar. 

Həlak olanların ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı veririk”.

16:47

Azərbaycan Xarici İşlər Nazirliyi Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan vətəndaşlarımızın vəziyyəti barədə məlumat yayıb.

EDnews xəbər verir ki, XİN-in məlumatında deyilir:

“Qeyd edildiyi kimi, 5 iyun tarixində Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində vətəndaşlarımızın həlak olduğu və xəsarət alması xəbərindən dərhal sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin əməkdaşları dərhal əraziyə yola düşmüşlər.

Səfirliyin Konsulluq bölməsinin əməkdaşları hazırda Yeysk şəhərindədir və yaralanmış, habelə xilas edilmiş Azərbaycan vətəndaşlarının yanında olaraq müvafiq konsulluq dəstəyi göstərirlər. Yaralıların vəziyyəti yaxşıdır, bir neçəsinin qısa müddətdə xəstəxanadan buraxılması nəzərdə tutulur.

Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi və digər zəruri tədbirlər davam etdirilir.

Eyni zamanda, xilas edilmiş Azərbaycan vətəndaşları üçün sənədləşdirmə işlərinin həyata keçirilməsi, onların qayıdış şəhadətnamələri ilə təmin olunması və ölkəyə qayıdışlarının təşkili istiqamətində zəruri tədbirlər görülür.

Xarici İşlər Nazirliyi məsələni xüsusi nəzarətdə saxlayır və aidiyyəti qurumlarla sıx əlaqələndirmə işləri aparır.

Həlak olan şəxslərin kimlikləri, onların cənazələrinin ölkəmizə gətirilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”.

Xəbər xətti

Pakistan rəsmisi Tehranda səfərdədir
20:55
Azərbaycanın U-21 millisi rəqibini məğlub edib
20:35
DİN paytaxtdakı hadisə ilə bağlı açıqlama yayıb
20:25
Aeroport yolunda piyadanı maşın vurub öldürdü
19:40
Gəmidə xəsarət alan azərbaycanlılarla bağlı RƏSMİ MƏLUMAT - YENİLƏNİB
19:11
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
18:11
Torpaq uçqunu - Avtomobil yolunda çətinliklər yarandı
17:40
Sarayda müəllim şagirdi vurub? - Açıqlama
17:20
Hava dəyişdi: Yağış, şimşək...
16:29
Pakistan rəsmisi bu gün İrana səfər edəcək
16:10
Ermənistanda seçkilərə saniyələr qalıb: NƏLƏR OLACAQ?
15:48
Ermənistan üçün HƏLLEDİCİ GÜN: Paşinyan sınaqla üz-üzə
15:28
Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə həlak oldu
14:49
Klassik və sürət avtomobilləri Bakı bulvarında - FOTOLAR
14:22
Binədə mağaza belə yandı - VİDEO
14:00
Bakı və Abşeronda yağıntının miqdarı açıqlandı
13:50
ABŞ-İran danışıqlarında YENİ MƏRHƏLƏ
13:44
Ukrayna Rusiyadan sülh istədi: RAZILAŞMA NƏ VAXTDIR?
13:40
Trampın sağlamlığı ilə bağlı yeni məlumatlar yayıldı
13:23
Yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək - SAHABIN HAVASI
13:16
Finlandiyadakı sualtı araşdırmalarla bağlı yeni detallar
12:43
Ermənistanda seçkiqabağı mitinq: Paşinyan vəd verdi
12:33
Əraqçi Livan Prezidentinə cavab verdi
12:23
Peskov ABŞ-nin vasitəçiliyindən danışıb
12:05
Ukrayna gecə hücumuna məruz qalıb
11:59
Pensiyalarla bağlı ŞAD XƏBƏR
11:55
Paytaxtda 10 silah aşkarlanaraq götürüldü
11:36
İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi
11:22
"Ermənistan" bloku seçki saxtakarlığında ittiham olunur
11:16
Yer kürəsində maqnit fırtınası başa çatdı
10:58
Bakıda bu ərazilərdə söküntü aparılacaq
10:34
Azərbaycan XİN İsveçi təbrik etdi
10:24
Azərbaycan neftinin qiyməti ucuzlaşdı
10:19
İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanıldı
10:04
Dünya bazarlarında neft ucuzlaşıb
10:00
Livana hücumlarda 21 nəfər öldü
07:58
Kuril adalarında GÜCLÜ ZƏLZƏLƏ BAŞ VERİB
07:51
Alimlər şoka düşdü: Qaranlıqda parlayan mavi hörümçək aşkarlandı
07:42
Həcc ziyarətindəki zəvvarlar Azərbaycana yola düşüb
07:32
Ürəyinizi qorumaq istəyirsinizsə, BU QİDANI rasionunuza əlavə edin- QİDA MÜTƏXƏSSİSİNDƏN AÇIQLAMA
07:16
Dünyanın ən uzun yolu OLSA DA, amma heç YERƏ GEDƏ BİLMİRSƏN-FOTOLAR
07:10
CNN: ABŞ hərbçiləri Hörmüz boğazı istiqamətində buraxılan İran PUA-larını vurub
03:54
Səhrada faciə: Xarab olan yük maşını 50 nəfərin həyatına son qoydu
03:50
Alla Puqaçova məhkəmədə qalib gəldi
03:01
KİV: İran ABŞ Hərbi Hava Qüvvələrinin Qətərdəki mərkəzini sıradan çıxarıb
02:55
Norveçin gələcək kraliçası donor orqanı gözləyir – vəziyyəti kritikdir
02:39
Tramp NƏHAYƏT BUNU EDİR: "İrandan ÇIXMALIYIQ..."
02:18
Putindən İranla BAĞLI AÇIQLAMA: "İRAN RUSİYADAN..."
01:52
Makron, Merz, Starmer və Zelenski Londonda bir araya gəlir: Rusiya ilə danışıqlar masada
01:28
"Xəyal Əliyevin zədəsi planlarımızı pozdu” – Ayxan Abbasov
01:21
14 milyard dollarlıq SUAL: Tramp Tayvana SİLAH GÖNDƏRƏCƏKMİ?
00:58
Aşqabadda AZƏRBAYCAN MUSİQİSİNİN ZƏFƏRİ: Türkmən tamaşaçılar sənətçilərimizi ALQIŞ YAĞIŞINA TUTDU- FOTOLAR
00:50
ABŞ Almaniyadan ÇIXIR? Pentaqondan MÜHÜM AÇIQLAMA
00:38
Türkiyədə narkotik əməliyyatı: Onların narkotest nəticələri müsbət çıxdı
00:30
İrandan Tramp-Xamenei görüşü ilə bağlı açıqlama: “Bu, hazırda mümkün deyil”
00:28
06.06.2026
Azərbaycan Maltaya uduzdu- CANLI - YENİLƏNİB
23:57
ABŞ-ni hədələdilər
23:47
Ərdoğan Trampı planından daşındırdı
23:35
Türkiyə bayraqlı gəmiyə hücum edilib - Ölən və yaralananlar var
22:59
Azov dənizində yaralanan azərbaycanlıların YENİ SAYI
22:39
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR