“ABŞ ilə müharibə yenidən başlasa, İran indiyədək hədəf almadığı Amerika hərbi bazalarına da zərbələr endirə bilər”.
EDnews xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın Ali Lideri Müctəba Xameneinin hərbi müşaviri Möhsün Rezai bildirib.
Onun sözlərinə görə, belə bir halda hərbi əməliyyatlar yalnız Fars körfəzi ilə məhdudlaşmayacaq. İran əməliyyatların coğrafiyasını genişləndirərək Hörmüz boğazı, Hind okeanı, Babül-Məndəb boğazı, Qırmızı dəniz və Aralıq dənizini də əhatə edə bilər.
Həmçinin o qeyd edib ki, hazırda yeni müharibənin baş verməsi ehtimalı aşağı qiymətləndirilir.







