İranda zəlzələ baş verib.
EDnews xəbər verir ki, bu gün Lorestan əyalətinin Nurabad şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4.6 bal gücündə yeraltı təkan qeydə alınıb.
Zəlzələnin yerli vaxtla saat 15:20-də baş verdiyi bildirilib.
Yeraltı təkanların Xorramabad şəhərində və ətraf yaşayış məntəqələrində də hiss olunduğu qeyd edilir. Hadisə bəzi sakinlər arasında qısa müddətli təşvişə səbəb olub.
Hazırda zəlzələ nəticəsində dağıntı və ya insan itkisi barədə rəsmi məlumat verilməyib.
Aidiyyəti qurumların bölgədə vəziyyəti nəzarətdə saxladığı bildirilir.






