Müstəqil italiyalı jurnalist Velimir Tomovic Rusiyanın və Avropanın ən yüksək zirvəsi olan Elbrusa qalxdıqdan sonra Rusiya Prezidenti Vladimir Putinə Rusiya vətəndaşlığının verilməsi ilə bağlı müraciət edib.
EDnews xəbər verir ki, Tomoviç dəniz səviyyəsindən 5 642 metr yüksəklikdə yerləşən Elbrus zirvəsində Rusiya və İtaliya bayraqlarını açıb.
Jurnalistin bu addımı ilə bağlı foto və videogörüntülər də yayılıb.







