Ukraynada davam edən hərbi əməliyyatlar zamanı daha bir azərbaycanlı həyatını itirib.
EDnews xəbər verir ki, 1982-ci il təvəllüdlü Vüsal Bəşir oğlu Abdullayev şiddətli döyüşlər zamanı həlak olub.
Mərhumun nəşi bu gün Azərbaycana gətirilib. Vüsal Abdullayev doğulduğu Beyləqan rayonunun Birinci Şahsevən kəndində torpağa tapşırılıb.






