Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır olaraq qalır.
Xalq şairi Nəriman Həsənzadənin səhhəti ilə bağlı son vəziyyət açıqlanıb. Hazırda onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir və həkimlər tərəfindən zəruri tibbi tədbirlər görülür.
Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost EDnews-a açıqlamasında bildirib ki, şairin vəziyyətində hələlik müsbət dəyişiklik müşahidə olunmur.
Onun sözlərinə görə, bu günə olan vəziyyət dünənlə müqayisədə dəyişməyib və hər hansı irəliləyiş qeydə alınmayıb.
“Hazırda Nəriman Həsənzadənin vəziyyəti ağır olaraq qalır. Həkimlər bütün imkanlardan istifadə edərək müalicəni davam etdirirlər və əllərindən gələni edirlər”, – deyə Arif Mehmandost qeyd edib.
Xatırladaq ki, Xalq şairi iyunun 26-da xəstəxanaya yerləşdirilib. Onun müalicəsi hazırda reanimasiya şöbəsində davam etdirilir.







