Ermənistanın Baş naziri Nikol Paşinyanın yeni mətbuat katibinin kim olacağı məlum olub.
EDnews xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Məlumata görə, Paşinyanın yeni mətbuat katibi 26 yaşlı Melanya Harutyunyan olacaq. O, hakim “Vətəndaş müqaviləsi” partiyasının gənclər strukturunun Şurasının katibidir.
Nəşrin yazdığına görə, Harutyunyan seçki kampaniyası dövründə Paşinyanı səfərlərdə və seçicilərlə görüşlərdə müşayiət edib.
O, hazırkı mətbuat katibi Nazeli Bağdasaryanı əvəz edəcək. Bağdasaryanın deputat mandatı alacağı bildirilir.
Qeyd edək ki, Nazeli Bağdasaryan 2023-cü ildən Ermənistan baş nazirinin mətbuat katibi vəzifəsini icra edirdi. O, bundan əvvəl parlament deputatı, sonra isə Şirak vilayətinin qubernatoru olub.







