İsrailin müdafiə naziri Israel Kats ABŞ və Livanla imzalanan razılaşmanı İsrail üçün tarixi hadisə adlandırıb.
EDnews xəbər verir ki, nazirin sözlərinə görə, əldə olunan saziş həm siyasi, həm də təhlükəsizlik baxımından İsrail üçün mühüm uğurdur.
"ABŞ və Livan ilə imzaladığımız razılaşma İsrail üçün tarixi inkişaf, siyasi və təhlükəsizlik sahəsində mühüm nailiyyətdir", - deyə Kats bildirib.
İsrailin müdafiə naziri, həmçinin Baş nazir Benjamin Netanyahu ilə verilən öhdəliklərə sadiq qalacaqlarını vurğulayaraq, İsrail ordusunun Livan ərazisini tərk etməyəcəyini bəyan edib.
"Netanyahu ilə verdiyimiz öhdəliyə uyğun olaraq, İsrail Livandan geri çəkilməyəcək", - deyə o əlavə edib.






