ABŞ hökuməti Venezuelada baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasına dəstək məqsədilə bölgəyə qüvvələr göndərib.
EDnews xəbər verir ki, 7,5 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayının 1000-ə yaxınlaşdığı bildirilir.
Bundan əlavə, 50 mindən çox insanın itkin düşdüyü, 250-dən artıq binanın dağıldığı qeyd olunur. Təbii fəlakət səbəbindən ölkənin bir sıra hava limanlarının fəaliyyətinin dayandırıldığı da vurğulanır.
Hazırda xilasetmə və axtarış əməliyyatları davam etdirilir.






