Iranın Semnan zindanında qətl ittihamı ilə ölüm cəzasına məhkum edilmiş 58 yaşlı Xəlil Pənahinin edam hökmü icra olunub.
EDnews xəbər verir ki, hökm həbsxanada həyata keçirilib. Hadisə barədə məlumatı insan haqları üzrə fəaliyyət göstərən "Human Rights Activists News Agency" yayıb.
Qeyd edək ki, İran dünyada ən çox edam cəzası tətbiq edən ölkələrdən biri hesab olunur və bu məsələ beynəlxalq insan hüquqları təşkilatlarının diqqət mərkəzində qalmaqda davam edir.






