Əfqanıstanda Hindukuş dağlarında 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
EDnews xəbər verir ki, mərkəzin məlumatına görə, zəlzələnin episentri təxminən 161 min nəfərin yaşadığı Kunduz şəhərindən 169 kilometr şərqdə yerləşib. Yeraltı təkanların ocağı 201 kilometr dərinlikdə olub.
Hazırda dağıntılar və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb.







