"Yeni geosiyasi reallıqların təməlində həm də Azərbaycanın hərbi gücü dayanır" - Millət vəkili

"Yeni geosiyasi reallıqların təməlində həm də Azərbaycanın hərbi gücü dayanır" <span class="text-danger">- Millət vəkili</span>

Ordu hər bir dövlətin suverenliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin əsas təminatçısıdır.

Güclü ordu xarici təhdidlərə qarşı müdafiə vasitəsi, eyni zamanda dövlətçiliyin möhkəmləndirilməsi, sabitliyin qorunması və milli maraqların müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın dövlətçilik tarixində də ordu quruculuğu xüsusi yer tutur. Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, “Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir”. Bu fikir Azərbaycan dövlətçiliyinin əsas strateji xətti kimi bu gün də öz aktuallığını qoruyur. Məhz xalqın dəstəyi və dövlətin ardıcıl siyasəti nəticəsində Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvəsinə çevrilib.  

Azərbaycan Silahlı Qüvvələrinin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Hələ 1969-cu ildə respublika rəhbərliyinə gəldikdən sonra Ümummilli Lider gələcək müstəqil dövlətin əsas dayaqlarından biri kimi milli hərbi kadr potensialının formalaşdırılmasına xüsusi diqqət yetirirdi. 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbin yaradılması bu istiqamətdə atılmış ən mühüm addımlardan biri oldu. Sonrakı illərdə yüzlərlə azərbaycanlı gəncin SSRİ-nin nüfuzlu hərbi təhsil müəssisələrinə göndərilməsi milli zabit korpusunun formalaşmasına mühüm töhfə verdi.

1990-cı illərin əvvəllərində ölkədə yaranmış mürəkkəb siyasi vəziyyət, Ermənistanın hərbi təcavüzü və nizami ordunun olmaması Azərbaycanı ciddi təhlükələrlə üz-üzə qoymuşdu. Məhz xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddətdə başıpozuq silahlı dəstələri ləğv edərək vahid komandanlığa tabe nizami ordunun yaradılmasına nail oldu.

1994-cü ildə əldə olunan atəşkəsdən sonra ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoydu. Silahlı Qüvvələrin maddi-texniki bazası möhkəmləndirildi, döyüş hazırlığı artırıldı, peşəkar zabit heyətinin yetişdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.
Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi. Həmin tarixdən etibarən bu gün ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur.

1999-cu ildə Hərbi Akademiyanın yaradılması, sonrakı illərdə hərbi təhsil sisteminin təkmilləşdirilməsi milli hərbi kadr potensialının inkişafına mühüm təkan verdi. Azərbaycanın NATO ilə əməkdaşlığının genişləndirilməsi, “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması və beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı Silahlı Qüvvələrimizin müasir standartlara uyğunlaşdırılmasında mühüm rol oynadı.

2003-cü ildən etibarən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ordu quruculuğu dövlət siyasətinin əsas prioritetlərindən biri elan edildi.

Hərbi büdcənin davamlı şəkildə artırılması, ən müasir silah və texnikaların alınması, hərbi sənaye kompleksinin yaradılması, peşəkar hazırlığın yüksəldilməsi istiqamətində görülən işlər qısa müddətdə öz nəticəsini verdi. Bu gün Azərbaycan müdafiə sənayesində minlərlə adda hərbi təyinatlı məhsul istehsal olunur və ordunun təchizatında mühüm rol oynayır.

2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. Düşmənin təxribatlarına cavab olaraq həyata keçirilən uğurlu əks-hücum əməliyyatları nəticəsində strateji yüksəkliklər və ərazilər azad edildi. 2 il sonra - 2018-ci ildə Günnüt əməliyyatı isə Ordumuzun növbəti uğuru oldu. Naxçıvan istiqamətində əlverişli mövqelərin nəzarətə götürülməsi hərbi-strateji baxımdan mühüm əhəmiyyət daşıyırdı.

Bu uğurların məntiqi davamı kimi 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Azərbaycan xalqının şanlı tarixində yeni səhifə açdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşməni darmadağın edərək ərazi bütövlüyümüzü bərpa etdi. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Ermənistanın kapitulyasiyasını rəsmiləşdirdi.

2023-cü ilin sentyabrında keçirilən lokal antiterror əməliyyatı nəticəsində Azərbaycanın dövlət suverenliyi tam təmin edildi. Bu əməliyyat bir daha göstərdi ki, Azərbaycan Ordusu ən müasir döyüş təcrübəsinə malik, yüksək hazırlıqlı və çevik hərbi gücdür.
Vətən müharibəsindən sonra əldə edilən təcrübə əsasında Azərbaycan Ordusunda mühüm struktur islahatları həyata keçirilir. Komando hərbi hissələrinin yaradılması, xüsusi təyinatlı qüvvələrin sayının artırılması, Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinin tətbiqi ordumuzun döyüş qabiliyyətini daha da yüksəldib.

2022-ci ildə Milli Müdafiə Universitetinin yaradılması hərbi təhsil sisteminin müasirləşdirilməsi istiqamətində mühüm addım oldu. Gənclərin hərbi təhsilə marağının artırılması, kursantlar üçün sosial təminat mexanizmlərinin genişləndirilməsi gələcək zabit korpusunun formalaşmasına xidmət edir.  

Azərbaycanın müxtəlif tərəfdaş ölkələrlə hərbi əməkdaşlığı da Silahlı Qüvvələrimizin inkişafına mühüm töhfələr verir.
Bu gün Azərbaycan Ordusu dünyanın nüfuzlu hərbi reytinqlərində ön sıralarda yer alır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, “Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik”.

Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı və hərbçilərimizin peşəkarlığı sayəsində Azərbaycan xalqı bu gün qürurla yaşayır. Əldə etdiyimiz böyük Zəfər regionda yeni geosiyasi reallıqlar formalaşdırıb. Yeni geosiyasi reallıqların təməlində isə həm də Azərbaycanın hərbi qüdrəti dayanır.   

Millət vəkili Nigar Məmmədova | EDnews  

Xəbər xətti

İtaliyalı jurnalist Elbrus zirvəsindən Putinə müraciət edib
22:54
Vuçiç istefa verəcəyini açıqlayıb
22:38
Netanyahu: "Bizi bölgədən çıxarmaq cəhdləri uğursuz oldu"
22:30
Almaniya məcburi hərbi xidmətin bərpasını nəzərdən keçirir
22:20
Motosiklet oğrularını dirəklərə bağlayan şəxs gündəm olub
22:10
Ukraynada həlak olan azərbaycanlı Beyləqanda dəfn edilib
22:03
Nazim Sadıxov UFC-də məğlub olub
21:55
ABŞ Venesuelaya xilasetmə qüvvələri göndərib
21:34
"İsrail Livandan çıxmayacaq" - İsrail Kats
21:10
Tramp G7 sammitində Ukrayna ilə bağlı yeni təşəbbüs irəli sürüb
20:59
Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb
20:52
UFC-də ilkin döyüşlər yekunlaşıb
20:30
Tovuzda ölümlə sonlanan avtomobil qəzası
20:07
Azərbaycandan Ermənistana buğda göndəriləcək
19:43
Mürsəl İbrahimov: "Təhsil möhlətləri əsasında xidmətdən yayınmaya son qoyulmalıdır"
19:30
Ceyhun Bayramov və Hakan Fidan regional məsələləri müzakirə ediblər
19:10
İranda daha bir edam hökmü icra olunub
18:52
AMEA İsa Həbibbəylinin gündəm olan videosu ilə bağlı açıqlama yayıb
18:44
Əfqanıstanda güclü zəlzələ baş verib
18:28
Pekində təyyarə 528 metrlik göydələnə çırpıldı
18:00
"UFC Fight Night Baku"da Tahir Abdullayevdən İLK QƏLƏBƏ
17:46
Zabratda BYD "Prius"la toqquşdu
17:40
Nəriman Həsənzadənin KÖMƏKÇİSİNDƏN AÇIQLAMA: "Heç bir irəliləyiş yoxdur..."
17:33
"Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu" - İranlı deputatdan ŞOK AÇIQLAMA
17:16
Aİ qərargahında Kondisioner DAVASI BİTMİR: "Bu ayrı-seçkilik və feodalizmdir..."
17:10
Hörmüz boğazında tanker vurulub
17:00
Hərbi xidmətə çağırışla bağlı yaş həddinin 30-a endirilməsi...
16:40
İKİ CÜDOÇUMUZDAN biri Bürünc, biri isə QIZIL MEDAL QAZANDI
16:34
İtaliyanın ən uzun çayı quruyur- ALİMLƏRDƏN XƏBƏRDARLIQ
16:29
Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi oldu
16:22
SƏRNİŞİNLƏRİN NƏZƏRİNƏ! Aviareyslər BƏRPA EDİLİR
16:13
Rusiya Ukraynanın iki "MiQ-29" təyyarəsini VURDU
16:04
Məşhur aktrisa Kadir İnanırın ona verdiyi pulu illərdir saxlayıb- FOTOLAR
15:51
Binəqədidə yolun çökməsi ilə bağlı AAYDA-dan AÇIQLAMA
15:40
Bakıda damda mənzil tikib satışa çıxardılar
15:35
Onlar da avroya keçir
15:11
Rusiya və Ukrayna arasında girovların mübadiləsi oldu
15:06
Bakı–Naxçıvan reysləri LƏĞV EDİLDİ
14:26
13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu
14:21
Axtarışda olan 131 nəfər saxlanıldı
13:49
Marsda ilk dəfə olaraq mürəkkəb üzvi birləşmələr kəşf edilib
13:41
İçərişəhərdəki bu tədbir havaya görə təxirə salındı
13:20
Azərbaycan XİN Cibutinin Müstəqillik Gününü təbrik edib
12:59
Bazar günü YAĞIŞ YAĞACAQ
12:50
"Yeni geosiyasi reallıqların təməlində həm də Azərbaycanın hərbi gücü dayanır" - Millət vəkili
12:46
Paytaxtda ağır qəza: AVTOMOBİL YARARSIZ HALA DÜŞDÜ
12:29
Cəlilabadda ev təmamilə yanıb
12:15
Bu gün Bakıda UFC turniri olacaq
12:00
Banqladeşdə 16-cı Sosial Biznes Günü keçirilir - FOTOLAR
11:49
Leyla və Arzu Əliyeva “CandyFest”də iştirak ediblər - FOTOLAR
11:40
İran XİN ABŞ-nin hava zərbələrinə reaksiya verib
11:30
Leyla və Arzu Əliyeva Dənizkənarı Milli Parkın açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTOLAR
11:20
Leyla və Arzu Əliyeva güləkmə aksiyasında iştirak ediblər - FOTOLAR
11:13
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - AÇIQLANDI
11:08
Qanunsuz saxlanılan silah-sursat götürüldü
10:59
Aİ Rusiyaya qarşı sanksiya mexanizmini DƏYİŞİR
10:51
Paşinyanın yeni mətbuat katibi kim olacaq? - AÇIQLANDI
10:47
Tanınmış məktəb direktoru vəfat etdi
10:45
Azərbaycanın bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
10:40
Azərbaycan neftinin qiyməti 74 dollara düşdü
10:23
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR