Məşhur aktrisa Perihan Savaşdan sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
EDnews xəbər verir ki, o şəxsi instaqram hesabında izləyiciləri ilə gün vəfat edən məşhur müğənni Kadir İnanırla bağlı bir xatirəsini bölüşüb.
Aktrisa paylaşımında illər əvvəl Kadir İnanırın ona pul verdiyini bildirib və həmin pulu bu günə qədər bir xatirə kimi saxladığını etiraf edib.
"Səninlə tanış olanda 11 yaşım var idi. Evimizə gəldin, əziz Ümit Tokcan, atam və anamla birlikdə nahar etdik və səni dualarla yola saldıq. Film sənayesində yollarımız yenidən kəsişdi, birlikdə 10 film çəkdik. Məni necə qoruduğunu və necə qayğı göstərdiyini heç vaxt unutmadım. "Mənim Qəhrəmanım" və "Sabahı Olmayan Adam" filmlərini çəkərkən mənim üçün bir pul imzaladın və "Bunu saxla" dedin və mən onu indi də ürəyimdə saxladığım kimi saxlayıram. Mələklər sənə yoldaş olsun və yolun işıqlansın".





.jpg)

