Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon danışığı baş tutub.
EDnews xəbər verir ki, Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, iki ölkə arasında strateji əməkdaşlığın gündəliyi, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və əlaqələndirmə məsələləri müzakirə olunub.
Nazirlər qardaş ölkələr arasında yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı dəstəyin ikitərəfli münasibətlərin əsasını təşkil etdiyini vurğulayaraq, qarşılıqlı maraq doğuran bütün sahələr üzrə sıx əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Telefon danışığı zamanı, həmçinin regiondakı təhlükəsizlik vəziyyəti, postmünaqişə dövründə gedən proseslər, eləcə də regional sülh və sabitliyin təmin olunması istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb.







