Xalq artisti Flora Kərimovanın son durumu açıqlanıb.
Bu barədə EDnews-a danışan sənətçinin köməkçisi Yaqut İmanova bildirib ki, hazırda onun müalicə prosesi davam edir və vəziyyəti nəzarət altındadır.
Yaqut İmanovanın sözlərinə görə, həkimlərin tövsiyəsi ilə müəyyən məhdudiyyətlər tətbiq olunub və bu mərhələdə əsas diqqət istirahət və müalicəyə yönəlib.
“Yaşını və ümumi vəziyyətini nəzərə alaraq, müəyyən fəaliyyətlərə ara verilməsi tövsiyə olunub. Müalicəsi davam edir və özünü yaxşı hiss edir. Həkimlərin qərarına əsasən, sabah günün ikinci yarısında Flora Kərimovanın evə buraxılması gözlənilir. Artıq sistemlər dayandırılıb. Müalicəsi ev şəraitində davam etdiriləcək. Hazırda özünü yaxşı hiss edir və həkim nəzarətindədir”, – deyə Yaqut İmanova qeyd edib.




.png)


