Azərbaycan beynəlxalq əməkdaşlıq, dialoq və inkişaf platforması kimi etimad qazanıb - ŞƏRH

Azərbaycan beynəlxalq əməkdaşlıq, dialoq və inkişaf platforması kimi etimad qazanıb <span class="text-danger">- ŞƏRH</span>

Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının keçirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlıq, dialoq və inkişaf platforması kimi qazandığı etimadın bariz göstəricisidir.

EDnews xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışı Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunu və qarşıdakı strateji hədəflərini aydın şəkildə ortaya qoydu. Dövlətimizin başçısı çıxışında vurğuladı ki, ölkəmiz siyasi sabitlik, iqtisadi dayanıqlılıq və sosial inkişaf sahəsində mühüm nailiyyətlər əldə edib. Xarici borcun aşağı səviyyədə saxlanılması, strateji valyuta ehtiyatlarının artırılması, yoxsulluq və işsizliyin minimum həddə endirilməsi Azərbaycanın düşünülmüş və uzunmüddətli inkişaf siyasətinin uğurlu nəticələridir.

Çıxışda diqqət çəkən mühüm məqamlardan biri Azərbaycanın geostrateji mövqeyi və nəqliyyat-logistika imkanları ilə bağlı idi. Bu gün ölkəmiz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat qovşaqlarından birinə çevrilib. Orta Dəhlizin inkişafı, yeni kommunikasiya xətlərinin yaradılması və regional inteqrasiyanın genişləndirilməsi həm Azərbaycanın, həm də bütövlükdə regionun gələcək inkişafına xidmət edir.

“Prezident İlham Əliyevin çıxışının əsas mesajlarından biri inkişafın yalnız iqtisadi göstəricilərlə ölçülməməsi ilə bağlı idi. İnsan kapitalına investisiyalar, sosial rifahın yüksəldilməsi, dayanıqlı inkişaf, ekoloji təhlükəsizlik və innovasiyalar gələcəyin əsas prioritetləri kimi təqdim olundu. Bu yanaşma Azərbaycanın həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini aydın şəkildə əks etdirir.

Xüsusilə qeyd edilməlidir ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri artıq beynəlxalq səviyyədə diqqətlə izlənilən inkişaf modelinə çevrilməkdədir. Qarabağ və Şərqi Zəngəzurda müasir şəhər və kəndlərin salınması, nəqliyyat və enerji infrastrukturunun qurulması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl enerji layihələrinin icrası, eləcə də Böyük Qayıdış proqramının həyata keçirilməsi Azərbaycanın gələcəyə yönəlmiş baxışını nümayiş etdirir.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulmasının qarşısında duran ən ciddi problemlərdən biri mina təhlükəsidir. Uzun illər ərzində Ermənistan tərəfindən geniş şəkildə minalanmış ərazilərin təhlükəsiz hala gətirilməsi böyük maliyyə, texniki və insan resursları tələb edir. Buna baxmayaraq, Azərbaycan dövləti bu istiqamətdə ardıcıl fəaliyyət göstərir və beynəlxalq tərəfdaşlarla əməkdaşlığını genişləndirir. İslam İnkişaf Bankı kimi nüfuzlu maliyyə institutlarının dəstəyi bərpa və inkişaf prosesinin daha da sürətlənməsinə mühüm töhfə verə bilər”,- deyə U.Mirzəyev vurğulayıb.

BAMF-ın prezidenti əlavə edib ki, keçirilən bu toplantı yalnız iqtisadi və maliyyə xarakterli tədbir deyil. Bu toplantı həm də həmrəylik, qarşılıqlı etimad, davamlı inkişaf və ortaq rifah ideyalarının təşviq olunduğu mühüm beynəlxalq platformadır. Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər Azərbaycanın gələcək inkişaf prioritetlərini müəyyən etməklə yanaşı, İslam dünyasının qarşısında duran çağırışlara verilən strateji cavab kimi də qiymətləndirilə bilər.

Bakı toplantısının nəticələri həm Azərbaycanın, həm də İslam İnkişaf Bankına üzv ölkələrin sosial-iqtisadi inkişafına, regional əməkdaşlığın möhkəmlənməsinə və daha ədalətli, dayanıqlı gələcəyin qurulmasına mühüm töhfə verəcək.

Xəbər xətti

Tramp İsrail seçimlərində kimi dəstəkləyəcəyini açıqladı
14:02
Bu şəxslərə 3 QAT MÜAVİNƏT ÖDƏNİLƏCƏK
14:00
Xankəndi və Ağdərəyə növbəti köç: Açarlar təqdim edilib- YENİLƏNİB-2
13:50
Müəllim və şagird geyimləri ilə bağlı YENİLİK
13:30
Tiktoker “Arzum 999” BU HALDA HƏBS OLUNA BİLƏR - VƏKİL
13:25
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib
13:20
Obama və Trampın İran razılaşmaları - MÜQAYİSƏ
13:12
Azərbaycanda yumurtanın qiyməti UCUZLAŞDI
13:07
Prezident Əziz Əliyevlə bağlı HEYKƏLDƏN DANIŞDI
13:04
Temperatur daha da yüksələcək - SABAHIN HAVASI
12:57
ABŞ-nin Bakıdakı Səfirliyi bu gün bağlı olacaq
12:50
Hoteldə xlor sızması: 25 nəfər xəstəxanaya yerləşdirildi
12:46
Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib - FOTO
12:26
Hərbçilərə ŞAD XƏBƏR - MAAŞ ARTACAQ
12:20
Mikayıl Cabbarov Misirin planlaşdırma və iqtisadi inkişaf naziri ilə görüşüb
12:16
Zaqatalada həmkəndlilər arasında mübahisə: ÖLƏN VAR
12:12
Güney Azərbaycandan XƏBƏR VAR: 9 min nəfər...
12:05
Azərbaycan və Ekvador arasında VİZASIZ rejimə keçilir
11:59
Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR
11:58
Kiyev Braziliyanı da Rusiya ilə danışıqlara cəlb edir
11:56
Flora Kərimova ilə bağlı SON DƏQİQƏ! SİSTEMLƏR DAYANDIRILDI
11:46
Milli Məclis büdcə icrasını qəbul etdi
11:40
Diplomatlarla bağlı gömrük güzəştləri genişləndirilir
11:39
Məşhur aktyor və həyat yoldaşı YANARAQ HƏLAK OLDU
11:35
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
11:33
Milli Məclisin növbəti iclası başlayıb
11:26
ABŞ-İran danışıqları TƏXİRƏ SALINDI
11:24
Azərbaycan beynəlxalq əməkdaşlıq, dialoq və inkişaf platforması kimi etimad qazanıb - ŞƏRH
11:20
Albaniyaya birbaşa aviareys açılır? - AÇIQLANDI
11:15
Pensiyaçılara ŞAD XƏBƏR
11:09
SON DƏQİQƏ! DİN əməliyyat keçirdi - SAXLANILANLAR VAR
11:05
Azərbaycanlı gənc faciəvi şəkildə öldü
11:00
Rezidenturaya qəbul imtahanı keçiriləcək
10:55
Dünya bazarlarında neft yenidən ucuzlaşdı
09:40
Vens İsveçrəyə səfərini buna görə təxirə saldı
09:07
DÇ: Meksika Cənubi Koreyanı məğlub edib
08:04
Peruda sərnişin avtobusu aşıb: 11 nəfər ölüb, 20 nəfər yaralanıb
07:48
Robin Hudun sığındığı 1000 yaşlı tarixi AĞAC QURUDU
07:32
ABŞ prezidentləri bir arada- TƏKCƏ ONU DƏVƏT ETMƏDİLƏR-FOTOLAR
07:10
“iPhone 18 Pro”nun qiyməti açıqlandı
06:40
Avropa İttifaqında ən bahalı ölkə müəyyənləşdi
06:30
"Fənərbağça"ya YENİ TRANSFER
06:26
Çin bu ölkələrə pulsuz Aİ təklif edir
06:10
Pentaqon Avropanı Ukraynaya ABŞ silahlarının alınmasını genişləndirməyə çağırıb
05:41
Avropa İttifaqı Rusiya tərəfindən döyüşənləri "Qara siyahı"ya sala bilər
05:22
ABŞ ordusu narkotik daşıdığı bildiriliən gəmiyə zərbə endirib
05:00
Türkiyədə zəncirvari qəza - Ölənlər və yaralananlar var - Foto
04:36
Atalarının izi ilə gedən 3 oğul 32 il sonra eyni anda meydana çıxdı - Foto
03:41
“Volkswagen” 2030-cu ilədək 50 min iş yerini ixtisar edəcək
03:08
Bibiheybətdə qorxulu mənzərə: Torpaq sürüşməsi qəbiristanlığı dağıtdı
03:02
"Müharibənin tam başa çatdığını demək hələ tezdir" - Makron
02:58
Konqoda “Ebola” virusundan ölənlərin sayı AÇIQLANDI
02:55
Rusiyaya qarşı SANKSİYALARDA BİR İLK
02:52
Avropa BU ÖLKƏYƏ GÖRƏ müdafiə qabiliyyətini gücləndirir
02:46
Aİ liderləri: Hər hansı qərar Kiyevin iştirakı olmadan qəbul edilə bilməz
02:43
DÇ-2026: Kanada - Qətər oyununda ikinci qol vurulub - YENİLƏNİR-2
02:39
İsrailə görə İRAN XİN-dən REAKSİYA
02:33
Nyu-Yorkun məşhur meydanında atəş açıldı
02:28
ABŞ Konqresində qapalı brifinq: İran nüvə obyektlərinə girişə icazə verəcək
02:18
Üçyaşlı uşaq timsahların olduğu qəfəsə atıldı - FOTO
02:02
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR