İran nüvə razılaşması və regional təsirlərlə bağlı müqayisəli analiz təqdim olunub.
EDnews xəbər verir ki, analizdə ABŞ-nin keçmiş Prezidenti Barak Obama dövründə 2015-ci ildə imzalanan "JCPOA" sazişi ilə Donald Tramp administrasiyasının 2026-cı il İran siyasəti arasında bir sıra fərqlər göstərilib.
Müqayisəyə əsasən, Obama dövründə dondurulmuş İran aktivlərinin həcmi 1,7 milyard dollar göstərildiyi halda, Tramp dövründə bu rəqəmin 25 milyard dollar olduğu qeyd olunub.
Analizdə bildirilir ki, "JCPOA" çərçivəsində İranın uran ehtiyatının 98 faiz azaldılması və zənginləşdirmə proqramının 3,7 faizlə məhdudlaşdırılması nəzərdə tutulub. Tramp dövrü ilə bağlı bölmədə isə bu istiqamətdə razılaşmanın olmadığı vurğulanıb.
Sənəddə İrana qarşı sanksiyalarla bağlı da fərqli yanaşmalar qeyd edilib. Obama dövründə sanksiyaların qüvvədə qaldığı, Tramp dövründə isə onların ləğv edildiyi bildirilir.
Hörmüz boğazı ilə bağlı hissədə Obama dövründə boğazın məhdudiyyətsiz və keçid haqqı olmadan açıq olduğu qeyd olunub. Tramp dövrü üçün isə boğazın İran və Oman nəzarətində, keçid haqqı ilə açıq olduğu göstərilib.
Analizdə razılaşmaya nail olmaq üçün Obama dövründə amerikalı itkisinin olmadığı, Tramp dövründə isə 15 amerikalının öldüyü, 543 nəfərin yaralandığı iddia edilib.
Maliyyə xərclərinə gəlincə, Obama dövründə razılaşmanın birbaşa xərcinin diplomatik xərclərlə məhdudlaşdığı, Tramp dövründə isə bu göstəricinin 100 milyard dollardan çox olduğu qeyd edilib. Əlavə xərclər sırasında Obama dövründə nəzarət və monitorinq üçün milyonlarla dollar, Tramp dövründə isə yenidənqurma üçün 300 milyard dollar göstərilib.
Müqayisədə Tramp dövründə razılaşmanın qlobal maliyyə dəyərinin 2,2 trilyon dollar olduğu, ABŞ silah ehtiyatlarının isə azaldığı iddia olunub.
Qeyd edək ki, təqdim edilən göstəricilər müqayisəli analiz xarakteri daşıyır və rəqəmlərin rəsmi mənbələr tərəfindən təsdiqi ayrıca yoxlama tələb edir.







