ABŞ-nin Bakıdakı Səfirliyi iyunun 19-da bağlı olacaq.
EDnews xəbər verir ki, bu barədə ABŞ-nin Bakıdakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, səfirlik ABŞ-nin federal bayramı olan Cüntins — Juneteenth münasibətilə cümə günü fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, Cüntins ABŞ-da köləliyin sona çatmasının xatirəsinə qeyd olunan federal bayramdır.







