Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşıb.
EDnews "Qafqazinfo"ya istinadən xəbər verir ki, son günlərədək bir ədədi 9-17 qəpiyə satılan yumurta hazırda bəzi marketlərdə 3-4 qəpiyə təklif olunur.
Hətta yumurtanın qiymətində ciddi endirim edən və bir ədədini 1 qəpiyə satan marketlərin də olduğu bildirilir.
Məlumata görə, qiymətlərdəki kəskin ucuzlaşma mövsümi xarakter daşıyır. Yay aylarında yumurta istehlakı xeyli azalır, eyni zamanda bu dövrdə yumurta istehsalı artır.
Qiymətlərin enməsində yumurta ixracının azalmasının da rol oynaya biləcəyi istisna edilmir.







