ABŞ ordusunda qripə yoluxma halları qeydə alınıb.
EDnews xəbər verir ki, qrip peyvəndi tələbinin ləğv edilməsindən sonra ABŞ ordusunun ən böyük təlim bazalarından biri olan Lackland Hava Qüvvələri Bazasında onlarla əsgər qripə yoluxub.
Məlumata görə, yoluxma halları hərbi qulluqçular arasında narahatlıq yaradıb.
Hadisənin peyvənd tələbinin aradan qaldırılması fonunda baş verməsi ABŞ mediasında müzakirələrə səbəb olub.
Hazırda bazada vəziyyətin nəzarətdə saxlanılması və yoluxmanın daha geniş yayılmasının qarşısının alınması üçün tədbirlərin görüldüyü bildirilir.




.jpg)


