TƏBİB-in tabeliyində olan 4 müəssisədə yoxlama aparılır.
Bu barədə EDnews-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində zəruri addımlar atılır. Bu məqsədlə fəaliyyətin müxtəlif istiqamətləri üzrə planlı və növbədənkənar monitorinqlər həyata keçirilir.
Hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanası, Nizami Tibb Mərkəzi, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında bu istiqamətdə tədbirlər həyata keçirilir.
Prosesin ölkə üzrə digər tabeli tibb müəssisələrində də davam etdirilməsi nəzərdə tutulur.




.jpeg)






