Azərbaycanda 184 dərman vasitəsinin qiymətinin yuxarı həddi tənzimlənib.
EDnews xəbər verir ki, bununla bağlı Tarif Şurasının iclasında qərar qəbul edilib.
Məlumata görə, dərman vasitələrinin qiymətləri onların ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı və istehsal ölkəsi nəzərə alınmaqla müəyyənləşdirilib.
Qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif Şurasının rəsmi internet saytının “Dərman vasitələri” bölməsində yerləşdirilib.
Qərar sabahdan qüvvəyə minəcək.



.jpg)


