İran savaşı Çin mərkəzli e-ticarət nəhənglərinin fəaliyyətinə mənfi təsir göstərib.
EDnews xəbər verir ki, regionda yaşanan hərbi gərginlik fonunda yanacaq və hava daşımaları xərclərinin artması Çin şirkətlərinin qlobal ixrac əməliyyatlarında çətinlik yaradıb.
Məlumata görə, logistika xərclərinin yüksəlməsi və hava nəqliyyatı marşrutlarında yaranan risklər Temu, Shein və AliExpress kimi platformaların çatdırılma proseslərinə təsir edib.
Xüsusilə sürətli çatdırılma modelinə əsaslanan e-ticarət platformaları artan nəqliyyat xərcləri və mümkün gecikmələr səbəbindən təzyiq altında qalıb.
Ekspertlər hesab edirlər ki, İran savaşı fonunda regionda hava məkanının təhlükəsizliyi ilə bağlı narahatlıqlar beynəlxalq yükdaşımaların qiymətini artırır. Bu isə Çin istehsalçılarının və onlayn satış platformalarının xarici bazarlara məhsul göndərməsini daha baha və mürəkkəb hala gətirir.
Nəticədə Çin mərkəzli qlobal e-ticarət ixracında yavaşlama müşahidə olunur. Temu, Shein və AliExpress kimi platformaların isə bu prosesdən ən çox təsirlənən şirkətlər sırasında olduğu bildirilir.



.png)
.png)
.png)
.png)
.jpg)