Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
EDnews xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Məlumata görə, “VAZ-2107” və “VAZ-2106” markalı avtomobillər toqquşub. Qəza nəticəsində iki nəfər həyatını itirib.
Hadisə zamanı bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdiriliblər.





.jpg)

