Niderlandın “Feyenoord” klubu baş məşqçi Robin van Persie ilə yollarını ayırıb.
EDnews xəbər verir ki, Rotterdam təmsilçisi bu qərarı mövsümün yekunları ilə bağlı aparılan daxili qiymətləndirmədən sonra qəbul edib.
Klub rəhbərliyi komandanın oyun üslubu və nəticələrində geriləmə olduğunu əsas gətirib.
Robin van Persie “Feyenoord”u Eredivisie-də ikinci pilləyə daşıyaraq komandanın növbəti mövsüm Çempionlar Liqasında iştirakını təmin edib. Buna baxmayaraq, klub PSV-dən xeyli geri qalıb və mövsüm ərzində sabit çıxış göstərə bilməyib.
Xüsusilə avrokuboklarda uğursuz nəticələr və komandanın gözlənilən səviyyədə çıxış etməməsi Van Persieyə qarşı tənqidləri artırıb. “Feyenoord” rəhbərliyi isə yeni mövsümə fərqli baş məşqçi ilə başlamağın daha doğru olacağı qənaətinə gəlib.
Qeyd edək ki, Robin van Persie 2025-ci ilin fevralında “Feyenoord”un baş məşqçisi təyin olunub. O, əvvəllər futbolçu kimi də Rotterdam klubunun formasını geyinib.
Aytac Kərimova | EDnews







