Azad edilmiş ərazilərdə iyunun 1-dən 7-dək aparılan minatəmizləmə əməliyyatları zamanı 101 tank əleyhinə mina, 48 piyada əleyhinə mina və 412 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
EDnews xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) həftəlik məlumat yayıb.
Məlumata görə, hesabat dövründə ümumilikdə 1545,7 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və dörd özəl şirkət tərəfindən Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları ərazisində, eləcə də Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində həyata keçirilib.







