İyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
EDnews xəbər verir ki, paytaxt və yarımadada hava əsasən yağmursuz keçəcək. Lakin səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.
Yarımadanın ayrı-ayrı ərazilərində yağıntının qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı gözlənilir. Gecə saatlarında arabir zəif duman olacaq.
Şimal-şərq küləyi səhər saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 15-19, gündüz isə 23-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı keçəcəyi proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağıntıların qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir.
Bəzi şərq rayonlarında yağıntıların bir qədər güclənəcəyi bildirilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 16-20, gündüz 28-33 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 8-13, gündüz 15-20, bəzi yerlərdə 23-28 dərəcə isti gözlənilir.






.jpg)
