Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olunub.
EDnews xəbər verir ki, “Unikal”ın Bakıvaxtı.az-a istinadən məlumatına görə, müvafiq əmrlə bu vəzifəyə Şamil Əzizov təyin edilib.
Bildirilir ki, Şamil Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oğludur.
O, bundan əvvəl Heydər Əliyev Mərkəzində direktorun köməkçisi, həmçinin Heydər Əliyev Fondunun icraçı direktorunun köməkçisi vəzifələrində çalışıb.
Qeyd edək ki, Şamil Əzizovun ekologiya və təbii sərvətlər nazirinə müşavir təyin olunması ilə bağlı məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytında da yerləşdirilib.






.jpg)
