Bakıda azyaşlı uşağın çoxmərtəbəli binadan yıxılması ilə bağlı detallar məlum olub.
TƏBİB-dən EDnews-un sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı saat 00:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xocalı prospekti 24A ünvanından çağırış daxil olub. Çağırış əsasında əraziyə təcili tibbi yardım briqadası cəlb edilib.
Təcili tibbi yardım briqadası tərəfindən azyaşlı müştərək zədələnmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onun müalicəsi Kliniki Tibbi Mərkəzin Travmatologiya şöbəsində davam etdirilir.
Uşağın vəziyyəti ağır-stabil qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə iyunun 7-si saat 01:00 radələrində paytaxtın Xətai rayonu, Xocalı prospektində yerləşən çoxmərtəbəli binanın 8-ci mərtəbəsində qeydə alınıb.
Aytac Kərimova | EDnews



.jpg)


