İran enerji obyektlərinə qarşı hücumların davam edəcəyi halda cavab tədbirləri görəcəyini bildirib.
EDnews xəbər verir ki, bu barədə "Fars News"a danışan yüksək vəzifəli iranlı rəsmi açıqlama verib.
Onun sözlərinə görə, İranın enerji təsislərinə qarşı hücumlar davam edərsə, Tehran ABŞ, İsrail və onların müttəfiqlərinin regiondakı neft və qaz obyektlərini hədəfə alacaq.
“İranın enerji təsislərinə hücumlar davam edərsə, ABŞ, İsrail və müttəfiqlərinin bölgədəki bütün neft və qaz təsislərini hədəfə alacağıq”, - deyə iranlı rəsmi bildirib.







