Bu gün İranın xarici işlər naziri Abbas Əraqçi Fransa və Qətər xarici işlər nazirləri ilə ayrı-ayrılıqda telefon danışıqları aparıb.
EDnews xarici mediaya istinadən xəbər verir ki, danışıqlar Fransa XİN rəhbəri Jan Noel Baron və Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani ilə keçirilib.
Məlumata görə, müzakirələrdə Livan cəbhəsindəki son hadisələr, bölgədəki gərginlik və İsrail–İran xəttində artan qarşıdurma diqqət mərkəzində olub.
Qətər tərəfi ABŞ və İran arasında vasitəçilik səylərinin davam etdirilməsinin vacibliyini vurğulayıb və bölgədə eskalasiyanın qarşısının alınmasına yönəlmiş diplomatik təşəbbüslərə dəstəyini ifadə edib.
Günəş Mərd




.png)
.png)
.png)
.jpg)