Könüllük fədakarlıqdır - Tələbələr üçün fürsət

Könüllük fədakarlıqdır <span class="text-danger">- Tələbələr üçün fürsət</span>

Könüllü...

Yəqin ki, bu söz bir çoxumuza heç də yad deyil. Azərbaycan dilinin izahlı lüğəti, müəyyən axtarış bölmələri, platformaları, habelə gündəlik ictimai fəaliyyətdə də bu ifadə ilə rastaşırıq. Bəs, könüllü nə deməkdir? O, kimdir?

İzahlı lüğət deyir... 

Könüllü - birliyin qeyri-kommersiya və ya ictimai maraqlarını inkişaf etdirən və asudə vaxtında öz razılığı ilə iştirak edən şəxsdir.

Mən isə deyirəm...

Könüllü - bir iş uğrunda könlünü qoyan fədakardır. Hələ ki, o iş media işidirsə, bu, daha da çox könül və fədəkarlıq tələb edir.

Biz də media nümayəndəsi olaraq, könlümüzün sözünü dinləməyə qərar verdik və o, haraya sürdüsə, biz də oraya getdik. 

Beləcə, gəlib-çatdıq Medianın İnkişafı Agentliyinə...

Bəli, burada hər il 50-dən çox jurnalistika ixtisasında təhsil alan tələbələr media könüllüsü adını qazanmaq şansı əldə edir. Şans sözünü isə əbəs yerə demədim...

Sözün əsl mənasında, şans... Çünki bu könüllülər fəaliyyətləri müddətində peşəkar jurnalistlərlə görüşüb, onların təcrübələrindən faydalanmaqla yanaşı, yerli və beynəlxalq səviyyədə təşkil edilən tədbirlərə də çıxış imkanı əldə edirlər. Jurnalistikada təhsil alan tələbə üçün bundan artıq nə ola bilər ki?! Hələ birinci kurs tələbəsidirsə düşünə bilmirəm. Bu ifadəmi isə zəif mövqedən dəyərləndirmə kimi görməyin, bu yolda ilk addımlarını atan hər kəs üçün belə bir fəaliyyət yaradıcı və qiymətlidir.

Mən isə Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi olaraq sözügedən Agentlikdə könüllü olaraq fəaliyyətə başladım. Əslində, qəbul üçün bir neçə dəfə cəhd göstərmişdim, lakin heç vaxt heç nə üçün gec deyil. Ona görə də, "Atalar üçdən deyib" düşüncəsi ilə ümidimi itirməyib, bu il qəbul şansı əldə etdim. Əvvəlki müddətdə müxtəlif platformalar və media orqanlarında Agentliyin rəsmi xəbərləri, habelə fəaliyyətləri ilə bağlı informasiyalar alırdım. 

Dolğunluq səviyyəsi də yetəri qədər idi. Lakin yenə də oraya məni çəkən qəribə bir qüvvə var idi. Bəlkə də bu, jurnalist marağı idi... 

Beləcə, o qüvvə məni məkana çatdırdı və komanda ilə ilk görüş baş tutdu. Tələbələrin hər birinin üzü gülür, gözləri parlayırdı. Bəlkə də, elə atmosferdən qaynaqlanırdı...

Bizə ilk gedəcəyimiz tədbir, görüşəcəyimiz jurnalist barədə məlumat verildi. Görüşdük və yenə də fərqləndik... 

Davamında, TDT, WUF13 və bu kimi bir sıra həm yerli, həm də xarici tədbirlərdə olduq. Bu müddət ərzində isə həm media nümayəndəsi, həm də media könüllüsü olaraq tədbirlərdə iştirak etməyim məni buraya çəkən o qüvvənin, sözün əsl mənasında, cavabını vermişdi. 

Təbii ki, belə bir zamanda hər dəfə öyrənir, öyrəndiklərimi tətbiq etməyə çalışırdım. Düşünürəm ki, fəaliyyət sahəsi və yaşından asılı olmayaraq insan hər yaşda öyrənir, hətta öyrənməlidir də... 

Lakin hər gözəlliyin bir sonu olduğu kimi bunun da bir sonu olmalı idi, elə də oldu.

İmtahanlar ərəfəsidir, çalışdığım media qurumuna gedirəm və xəbər aldım: "Əziz könüllülərimiz, gözlənilən an gəlib-çatdı. Artıq göstərdiyiniz səylərin nəticəsini alırsınız, sizi Agentlikdə gözləyirik!" 

Düzü, təəssüfləndim... Lakin hər son yeni bir başlanğıcdır.

Beləcə, gözlənilən o görüş gəlib-çatdı və biz görüşdük...

Qəribə idi, o gün hər kəsin üzü fərqli gülürdü. Təbii ki, ilk görüşdəkindən fərqlənirdi... O zaman anladım ki, auditoriyadakı hər kəslə eyni hissləri bölüşürük. Lakin Əhməd bəyin (Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov) yüksək yumor hissi simamızdakı ifadəni dəyişdi. Maraqlısı da budur ki, belə bir yumoru və pozitivliyi özü yaratdığı təqdirdə, təvazökarlıq edib "Bu komanda pozitivdir!" deyə xüsusi eyhamla söylədi. Görüş boyu hər birimizlə həmsöhbət olub təklif və düşüncələrimizi öyrənməyə çalışdı. Belə bir məqamda Natiq bəyin (Agentliyin icraçı direktorun müavini Natiq Məmmədov) klassik görüntüsü ilə vəhdət təşkil edən təmkini də diqqətimdən yayınmırdı. Diqqətdə isə tək olmadığımı Əhməd bəyin bu fikri ilə anladım: "Natiq bəy, çox klassik insandır, lakin unudulmayan da məhz klassiklərdir..." Beləcə, artıq görüşün sonuna yaxınlaşırdıq. Söylədi: "Kimin nə sözü var?" O an əlimi qaldırıb, çıxış üçün söz istədim. Dedi: "Buyur, elə hiss edirdim ki danışmaq istəyirsən". 

Kiçik bir təbəssümlə fikrimə başladım və eynilə yazıya aldığım təəssüratları çıxış zamanı söylədim. Lakin danışdığım əsnada dedi: "Yaxşı danışdın, bəs bunları qələmə almağı düşünürsən?". 

Fasilə vermədən, söylədim: "Əlbəttə ki... Mütləq, olacaq və bunu saytda yayımlayıb, sizə də göndərəcəm". 

O an üzündə xəfif bir təbəssüm göründü və hər şey artıq aydın idi. Bununla da, sertifikatların təqdimatı mərhələsi gəlib-çatdı. Çox keçmədən, bir-bir sertifikatlar hər birimizə təqdim edildi və yekun xatirə şəkli çəkildi. O an isə sadəcə düşündüm: 

"Yazımın şəkli artıq hazırdır...". 

Beləcə, bu yazı ərsəyə gəldi və biz artıq Medianın İnkişafı Agentliyinin məzunları olaraq sözügedən Agentlikdə fəaliyyətimizi davam etdirəcəyik. Elə bir az öncə qeyd etdiyim kimi: "Hər son bir başlanğıcdır...".

Aytac Kərimova | EDnews

Xəbər xətti

AZAL-ın təyyarələri Bakıya qayıdıb
21:54
Azərbaycanın vətəndaşları Suriyadan repatriasiya olunub
21:34
ADY-dən yay mövsümü ilə bağlı YENİLİK
21:14
Şahbaz Şərif: "ABŞ və İran sülh müqaviləsinin mətni ilə bağlı razılaşıblar" - YENİLƏNDİ
20:52
Fuat Oktay İlham Əliyevi təbrik edib
20:40
Rubio: "Ukraynadakı sülh ABŞ-Rusiya münasibətlərini daha konstruktiv edəcək"
20:16
“Heç vaxt bu qədər yaxın olmamışıq”
20:09
Milli komandamız finala vəsiqə qazandı
19:38
Prezidentdən aeroportlar haqda - Fərman
19:13
Azərbaycanın hərbi gəmiləri şərti düşmənin kəşfiyyat-diversiya qruplarını məhv edib
19:00
FTB agentlərindən YENİLİK
18:45
"Facebook" və "İnstagram"da yaranmış problem aradan qalxdı
18:39
Ölkə başçısı bu qaydanı təsdiqləyib
18:36
Netanyahu Prezident İlham Əliyevə təbrik ünvanladı
18:30
Tramp DÇ-2026-dakı ilk oyunda iştirak edəcək?
18:11
"Facebook"un ardınca "İnstagram" da çökdü
17:59
TƏCİLİ! "Facebook” ÇÖKDÜ
17:45
Ceyhun Bayramov Slovakiyanın XİN rəsmisi ilə görüşdü
17:25
Şəlalədə çimən Lənkəran sakini batıb
17:15
"İranın nüvə silahı olmayacaq" - Netanyahu Açıqlayıb
17:05
“Atam heç vaxt VİTALİ ilə DOST OLMAYIB…” - Allahverdi Bağırovun qızı ilə MÜSAHİBƏ
16:54
Ukrayna ordusuna əcnəbi könüllülər cəlb olunacaq
16:35
TƏBİB-in 31 əməkdaşı məsuliyyətə cəlb edilib - RƏSMİ
16:25
FHN zələzələ ilə bağlı MƏLUMAT YAYDI
16:20
TƏBİB tabeli 4 xəstəxanada yoxlama aparılır - FOTO
16:15
Bakı Limanında quru yük aşırılması 77% artıb
16:03
Azərbaycanda güclü zəlzələ oldu - RƏSMİ
15:42
ABŞ-İran memorandumu bu tarixdə imzalanacaq
15:40
Serj Sarkisyan: “Sözlərimi manipulyasiya edənlər axmaqdır”
15:30
Xüsusi qabiliyyət imtahanlarına bu tarixdən start verilir
15:20
Məburi köçkünlərlə bağlı dəyişikliklər qəbul edildi
14:50
Beren Saat və Kənan Doğulu azad edildi
14:40
Psixoloqdan XƏBƏRDARLIQ: Yeniyetmələr NİYƏ AQRESSİVDİR?
14:30
Qaydalar sərtləşdirilir - BU ŞƏXSLƏR CƏRİMƏLƏNƏCƏKLƏR
14:10
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı
14:06
Azərbaycanın Portuqaliyada səfirliyinin təsis edilməsi təsdiqləndi
13:53
Azərbaycan millisi dünya reytinqində yüksək nəticə qazanıb
13:49
Dövlət büdcəsi ilə bağlı Qanun layihəsi qəbul edildi
13:32
Ermənistanda seçki qalmaqalı: Paşinyanın qələbəsinin ləğvi istənilir
13:31
Dəniz səfəri faciə ilə bitdi – Şüvəlanda faciə
13:27
Azərbaycan səhiyyəsində süni intellekt mərhələsi başlayıb – Nazirlikdən AÇIQLAMA
13:24
Azərbaycanda vergi borcları 3,3 milyard manatı keçib
13:23
Parlamentdən İlham Əliyev və Mehriban Əliyevaya təbrik
13:20
İlham Əliyev Vladimir Putini təbrik etdi
13:09
Sabah Azərbaycanda 35 dərəcə isti olacaq
12:56
"Bakıda məktəblər iş yerlərindən daha çox nəqliyyat sıxlığı yaradır" - Ekspert
12:51
Bu şəxslərin pensiyaları ödənilib
12:33
Masallıda 69 yaşlı qadın balta ilə öldürüldü
12:22
Medvedev Qərb liderlərini belə "doğradı" - FOTO
12:16
Azərbaycanda bu qədər insan piylənmədən əziyyət çəkir - ŞOK STATİSTİKA
11:46
Prezidentin köməkçisi aqrar sektordan danışdı
11:34
İlham Əliyev Filippin Prezidentini təbrik etdi
11:12
Nizami Tibb Mərkəzinin qarşısında buna görə sıxlıq yaranıb - RƏSMİ
11:10
Uşaqlar sosial şəbəkələrdən UZAQLAŞDIRILIR – YENİ TƏLƏBLƏRİN MƏQSƏDİ
11:02
Könüllük fədakarlıqdır - Tələbələr üçün fürsət
10:56
DYP "Son zəng" günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
10:45
"Azeri Light" dan yeni rekord – QİYMƏT YENİDƏN BAHALAŞDI
09:42
Azərbaycan XİN Rusiyanı təbrik etdi
09:35
Böyük Britaniyaya yeni müdafiə naziri təyin edilib
09:26
Neft bazarında şok eniş – “Brent” sürətlə ucuzlaşdı
09:18
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR