Yurd həsrətli Leyla Xəlilova - Səməd Vəkilov yazır...

Yurd həsrətli Leyla Xəlilova - <span class="text-danger">Səməd Vəkilov yazır...</span>

Bu gün daha bir yurd həsrətli, nisgilli yurddaşımız Leyla xanım dünyasını dəyişdi.  

Xəlilova Leyla Kərbəlayi Əli qızı kimdir?

O, 1930-cu ildə Dərələyəz mahalının Çivə kəndində anadan olub. Çivə kənd orta məktəbində ibtidai təhsil alıb (qohumları Zinyət və  İsmayıl Nurəlievlərlə bir sinifdə oxuyublar). 1948-ci ildə Çivə kəndində Xəlilov Hüseyn Həsən oğlu ilə ailə qurub. Bu nigahdan Çivə kəndində olarkən Həqiqət adlı qızları doğulub. Gənc ailənin sevinci o qədər də uzun çəkməyib. Türk düşməni İosif Stalinin məlum qərarı ilə həmin gənclər körpə qızları Həqiqət ilə birlikdə ellikcə doğma Çivə kəndindən deportasiya edilmək məcburiyyətində qalıblar.

Leyla Xəlilova həmin ağır günləri belə xatırlayır:

“1951-ci ildə bizi dədə-baba yurdumuz olan Çivə kəndindən yük vaqonlarına doldurub (2-3 günə) Yevlaxa yola saldılar. Yevlaxdan bizi Bərdənin Piyadalar, Soğanverdi, Şahvəllər, Xanərəb kəndlərinə bölüşdürdülər. Bizim ailə Xanərəb kəndinə yerləşdi. Onu da qeyd edim ki, 1918-ci il hadisələri zamanı Çivə kəndindən Bərdənin Həsənqaya kəndinə köçən Əliəkbər adlı kəndçimiz var idi. O, Həsənqaya kəndində vəzifə tuturdu. Əliəkbər kişi bizə ellilikcə İmirli kəndinə məskunlaşmağımızı məsləhət bildi. Beləliklə biz mart ayında Xanərəb kəndindən İmirli kəndinə köçdük. Biz İmirliyə köçəndə kənd meşəlik idi, bircə cığır yolu bir də məscidi və gümbəzi var idi. Meşəliyin hamısını əllərimizlə qırdıq və buranı özümüzə yurd etdik. Əlbəttə doğma kəndimizi tərk etməyimizi həzm edə bilmirdik. Amma nə etmək olar? Taleyin hökmünə boyun əyməkdən başqa yolumuz yox idi. Biz dağ adamları idik sağlam və güclü. Yeraltı qazmalar qazdıq və iki ilə yaxın qazmalarda yaşadıq. Sonra yerin üstündə evlər tikdik. Əvvəllər kənddə yalnız bizim Çivə camaatı idi. Sonradan Dərələyəzin Sallı, Vedibasarın Hortun, Göyçə mahalının Mollalı kəndindən gələn camaat da gəlib İmirlidə məskunlaşdılar. Mən Çivədən gələndə 20 yaşım var idi və yeni ailə qurmuşdum. Bir övladımız var idi. Qalan övladlarımız İmirli kəndində doğuldu. Deyirdilər  bizi Stalin Qazaxıstana sürgün etmək istəyirmiş. Mircəfər Bağırov deyib ki, mənim Qarabağda boş torpağım çoxdu, niyə getsinlər Qazaxıstana? Beləliklə bizi Mircəfər Bağırov Qarabağda yerləşdirib. Biz indi buranın vətəndaşıyıq, buralara öyrəşmişik. Amma əlbəttə bizim üçün Çivə daha doğmadır”. (S.Vəkilov: “Qərbi Azərbaycandan deportasiya: İmirlidə məskunlaşma” kitabı, s-213).

Ömrünün son illərini Bakı şəhərində yaşayan Leyla Xəlilova bu gün dünyasını dəyişib.Bərdədə İmirli kənd məzarlığında dəfn edilib.  Yaxınlarına övladlarına başınız sağ olsun, məkanı cənnət olsun deyirik!

 

Səməd Vəkilov

Müvəkkil Hüquq Mərkəzinin sədri

Xəbər xətti

Cəlilabadda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb - YENİLƏNİB-3
02:00
Ağ Ev: İran nüvə silahı hazırlamaqdan və almaqdan imtina etməyə razılaşıb
01:30
İran rəhbərliyi ABŞ ilə razılığa gəlmək üçün PLAN HAZIRLADI
01:09
Abbas Əraqçı: "İSRAİLƏ ZƏRBƏ ENDİRƏCƏYİK!"
01:03
SEPAH Küveytə hücumu təkzib etdi
00:58
İspaniya çempionatında ən gözəl qolun müəllifi O OLDU
00:53
TRAMPDAN AÇIQLAMA: "İranla razılaşma BU VAXT OLA BİLƏR..."
00:47
İran ABŞ-nin hərbi gəmisini vurdu
00:43
Millimiz Avropa çempionatının finalına vəsiqə qazanıb
00:38
Tovuzda ağır yol-nəqliyyat hadisəsi BAŞ VERİB
00:29
O da Sammitə görə FRANSAYA GEDƏCƏK
00:26
Bu ölkələrdə Ukrayna pasport xidmətlərində yeni qaydalar tətbiq edilir
00:20
ONLARIN ÖLÜMÜNDƏN 5 İL ÖTÜR
00:10
04.06.2026
Avropanın Putini danışıqlar masasına gətirmək üçün yeni planı AÇIQLANDI
23:59
"Fənərbaxça"dan Luis Suarez sürprizi – İlkin razılıq əldə olundu?
23:39
Rusiyadan təhdid: "Bizi sınamağa cəsarət etməyin!"
23:29
Cənubi Qafqazın dominant gücü Azərbaycandır - RƏY
23:11
Rubioadan etiraf: "Dərin zərbələr görürük!"
22:49
Əlavə məzuniyyətlərlə bağlı YENİLİK
22:29
Tramp Türkiyəyə gedəcək
21:59
Qırğızıstan tarixdə ilkə imza atdı
21:47
Qalibaf İrana qarşı təhdidlərə cavab verdi
21:27
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi
20:49
Dünya alimləri Bakıda bir araya gəldi: İCSEGT 2026 başladı
20:39
XƏBƏRDARLIQ EDİLDİ: “El Nino” fəlakəti gəlir
20:23
Millimiz dünya çempionatında daha bir qələbəsini qazandı - FOTO
20:14
Netanyahu Trampdan danışdı: "Ona inanıram!"
19:57
İmişlidəki yanğınla bağlı SON MƏLUMAT
19:37
Zelenski NATO sammitində iştirak edəcəyi tarixi AÇIQLADI
19:25
Xameneinin dəfn yeri niyə mübahisə yaradır?
19:00
Paşinyanın sülh göyərçini hava qalxmadı - Video
18:53
Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi
18:42
Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb
18:22
Tramp görüşü Braziliyada qalmaqal yaratdı: Lula sərt danışdı
18:14
TDT ölkələrinin mərkəzi banklarının toplantısı Bakıda keçiriləcək
18:05
Küveyt iki İran diplomatını “persona-non grata” elan etdi
17:58
Ukraynadan bir qrup uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
17:50
Ukrayna cəbhədə önə keçir: G7 müharibənin taleyini dəyişə bilər…
17:40
Tramp Xamenei ilə görüşəcək?  - Sülh danışıqlarının uzanmasına baxmayaraq…
17:31
Baş nazir əlilliyi olan şəxslərlə bağlı qərar imzaladı
17:24
Naxçıvanda idarə rəisi vəzifəsindən azad edildi
17:13
ATƏT PA Ermənistandakı seçkiləri müşahidə edəcək
17:08
Roma Papası Prezident İlham Əliyevə təbrik məktubu göndərib
17:00
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatarlar hərəkət edəcək
16:52
Azərbaycanda 6 saatlıq iş rejimi tətbiq olunacaq? – AÇIQLAMA
16:42
Moskvanın məqsədi Paşinyanı devirmək deyil… - SƏBƏB BƏLLİ OLDU
16:30
Azərbaycanda abort statistikası ARTIR - Sosioloqdan həyəcan təbili
16:20
Niderland rəsmiləri Bakıda enerji və əlaqəlilik məsələlərini müzakirə etdilər
16:10
Tramp ABŞ-nin blokadasının sentyabra qədər uzadıla biləcəyini bildirib
15:59
Yeni Dehlidə hotel alovlandı, çox sayda insan həlak oldu
15:53
Çörəyin qiyməti YENİDƏN BAHALAŞACAQ? - “Yaxın müddətdə…”
15:47
Moskva ilə İrəvanı nə bağlayır? – Siyasi gərginliyin arxasındakı iqtisadi reallıq
15:21
Gərginlik YENİDƏN ARTIR: “İran kapitulyasiyanı qəbul etməyəcək!”
15:15
Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı
15:08
Politoloqdan Başkənd açıqlaması: “Bu kəndin mübadiləsi mümkün deyil”
14:50
I sinif üzrə prioritet məktəblərdə boş qalan yerlərə qəbul başlayır
14:42
Baş katib: "Ermənistanın KTMT-yə üzvlüyü ilə bağlı qərarı xalq verəcək"
14:36
“Rəsmi Bakının beynəlxalq enerji siyasətində rolu artır” - Millət vəkili
14:30
Əli Əhmədovun oğlu baş həkim təyin edildi
14:28
Nazir “qayıdış qaçılmazdır” dedi - Londonun Aİ kursu dəyişir?
14:25
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR