Şiviloğulları ocağının yurd həsrətli oğlu İsgəndər İsmayıl oğlu | SƏMƏD VƏKİLOV YAZIR

Şiviloğulları ocağının yurd həsrətli oğlu İsgəndər İsmayıl oğlu | <span class="text-danger">SƏMƏD VƏKİLOV YAZIR</span>

Daha bir yurd həsrətli ziyalımız dünyadan köçdü. Bu gün haqqında söhbət açacağımız ziyalımız  Qərbi Azərbaycanın Ağbaba elinin Kiçik Təpəköy kəndində dünyaya göz açmış Şiviloğulları nəslinin dəyərli övladı  İsgəndər İsmayıl oğludur. Onun mənsub olduğu Şiviloğulları nəsli Qarapapaq türk boyunun bir qoludur.  

Kimdir Şiviloğulları?

Bu  nəsli  16-cı əsrdə Qanuni Sultan Süleyman dönəmində Bahadır bəyin başçılığı ilə Qarabağdan Qazağa, oradan Borçalıya, Ahıskaya, nəhayət,  Anadoluya köç ediblər.  

Hərbi keçmişə malik olan Şiviloğulları Çıldır bölgəsində məskunlaşaraq ərazinin rus və ermənilərə qarşı müdafiəsinə mühüm töhvələr vermişlər.

Zamanla Ağrı, Muş, Vakfıkebir, Sivas, Ərzurum, Reyhanlı bölgələrinə dağılaraq Ağrıda Şiviloğulları Bahadır, Bağatır və Baltaçı soyadlarını, Çıldırda isə Koca soyadını daşıyıblar. 

Türkiyədə hərbi sahədən başqa millət vəkili və bələdiyyə başqanı kimi mühüm postlar da tutublar.  Belə ki, Qəhrəman bəyin oğlu Mehmet Rüstəm Bahadır Qars millət vəkili və bir müddət Qars bələdiyyə başqanı vəzifələrində çalışıb.

İsgəndər İsmayıl oğlu isə Şiviloğullarının Qərbi Azərbaycanın Ağbaba mahalında yaşayan nümayəndələrindəndir. Şiviloğullarının ata-baba ocağı olan Kiçik Təpəköy kəndi  Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində yerləşsə də sonrada Ermənistan (Qərbi Azərbaycan) sərhədləri daxilində qalmışdır. 

Toponim Azərbaycan dilində “kiçik dağ, dağ” mənasında işlənən təpə sözü ilə müasir türk dilində “kənd” mənasında işlənən “köy” sözlərinin birləşməsindən əmələ gəlmişdir. “Böyük” fərqləndirici əlamət bildirir. Sonralar Böyük Təpəköylə yaxınlığındakı Kiçik Təpəköy kəndləri birləşdirilmiş və Təpəkənd adlandırılmışdır.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Berdaşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Ağbaba elinin dəyərli övladı İsgəndər İsmayıloğlu bütün həyatını xalqın maariflənməsinə həsr etmiş bir ziyalıdır. O,  12 yanvar 1938-ci ildə Ağbaba elinin Kiçik Təpəköy kəndində anadan olmuşdur.  Atası İsmayıl Mikayıl oğlu 1941-ci ilin payızında İkinci Dünya müharibəsinə yola düşmüş 28.09.1942-ci ildə Şimali-Qafqazda gedən döyüşlərdə həlak olmuşdur. Onu da qeyd edək ki, İsmayıl Mikayıl oğlunun özündən başqa 3 qardaşıda II Dünya müharibəsinin qurbanı olmuşlar.  İsmayıl kişinin tək yadigarı olan İsgəndər müəllim   anası Qızlarbəyi xanım  və ata nənəsi Güləbatın xanımın  himayəsində böyümüşdür. O,  Kiçikç Təpəköy kənd 7 illik məktəbini bitirəndən sonra Güllücə kənd orta məktəbində təhsilini davam etdirərək 1956-cı ildə orta təhsil başa vurmuşdur.  1957–1960-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1960–1968-ci illərdə kolxozda tabelçi və  ilk partiya təşkilatının katibi  vəzifəsində işləmişdir.  

Müəllim olmaq arzusu ilə hazırlaşıb sənədlərini 1962-ci ildə ADPU-nun (keçmiş APİ) ibtidai təhsil fakültəsinin qiyabi şöbəsinə təqdim etmiş və qəbul olunmuşdur. 1966-cı ildə oranı bitirib, ali pedaqoji təhsil almışdır. Elə ali məktəbə qəbul olduğu ildən yeni istifadəyə verilmiş Kiçik  Təpəköy kənd orta məktəbində ibtidai sinif müəllimi kimi pedaqoji fəaliyyətə başlamış və 1988-ci ilədək orada çalışmışdır. İsgəndər müəllim rayonun adlı-sanlı ibtidai sinif müəllimlərindən olmuşdur. Anadan olmasının 50 illiyi ilə əlaqədar olaraq 1988-ci ildə RXMŞ tərəfindən fəxri fərmanla təltif edilmişdir. Valideynlər və şagirdlər arasında dərin nüfuzu vardı. Onun vaxtı ilə dərs dediyi şagirdlərin bir çoxu təhsillərini davam etdirib savadlı və bacarıqlı mütəxəssislər oldular. Onların arasında özlərini elmə həsr edən şəxslər və digər peşə sahibləri də var.   

1988-ci ildə məlum hadisələrlə bağlı olaraq onun ailəsi də Bakı şəhərinin Zabrat qəsəbəsində məskunlaşmış və o, pedaqoji fəaliyyətini 81, 22 saylı tam orta  məktəblərdə  davam etdirmişdir. 2013-cü ildən təqaüdə çıxmışdır. O, 8 mart 2026-cı ildə Bakı şəhərində dünyasını dəyişmişdir.

İsgəndər müəllim respublikanın hörmətli hüquqşünaslarından olan Əziz Hüseynovun qızı Savad xanımla ailə həyatı qurub. Onların bu nikahdan 8 övladı dünyaya gəlib. Övladlarının hamısı ali təhsillidir. Oğlanları Alxas mühəndis, Sabir bank işçisi qızları Rəsmiyə şairədir (iki şeir kitabı çap olunub). İsgəndər müəllimin oğlu Zakir İsmayılov vaxtıilə Amasiyada dövlət orqanlarında çalışmış, Azərbaycanda kitabxanaçılıq işini dərindən bilən azsaylı mütəxəssilərdəndir. Müxtəlif istiqamətlərdə bir sıra elmi məqalələrin müəllifi və dövlət qulluğunun baş müşaviridir.

5c81bfe0-2c51-43f8-b194-33a86de2c3be.jpg

İsgəndər müəllimin kiçik oğlu Mənsur İsmayılov Türk dünyasının tanınmış riyaziyatçılarındandır.O, uzun illərdi  Türkiyənin Qəbzə Universitetinin  professor kimi çalışır.

0272ca6f-f3a9-4004-b678-fdc31bff5980.jpg

2002-ci ilin noyabr ayından Qəbzə Texniki Universidetinin dəvəti ilə burada çıalışmağa başlamışıdir. 2013-cü ildən professor elmi tituli almlşdır. 2017-ci ildən indiyədək həmin universitetdə riyaziyyat bölümünün başqanıdır.

Elmi fəaliyyəti dövründə əsasən xarici - ingilisdilli elmi jurnallarda məqalələri dərc edilməkdədir. 150-dən artıq elmi məqalənin və 3 kitabın müəllifidir. Mütəmadi olaraq elmi konfranslarda (Moskva, Sankt-Peterburq, Kiyev, Almatı, Tibilisi, Strasburq, Brüssel) iştirak edir və elmi məruzələrlə çıxış edir.

Şiviloğulları ocağının dəyərli övladı İsgəndər müəllimə  həsr edilmiş bu yazı  onun həyat hekayəsinin az bir hissəsini əhatə etməklə  parlaq ruhuna kiçik bir töhvədir.  Ruhun şad olsun İsgəndər müəllim! 

Tədqiqatçı-hüquqşünas Səməd Vəkilov 

 

Xəbər xətti

Cəlilabadda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb - YENİLƏNİB-3
02:00
Ağ Ev: İran nüvə silahı hazırlamaqdan və almaqdan imtina etməyə razılaşıb
01:30
İran rəhbərliyi ABŞ ilə razılığa gəlmək üçün PLAN HAZIRLADI
01:09
Abbas Əraqçı: "İSRAİLƏ ZƏRBƏ ENDİRƏCƏYİK!"
01:03
SEPAH Küveytə hücumu təkzib etdi
00:58
İspaniya çempionatında ən gözəl qolun müəllifi O OLDU
00:53
TRAMPDAN AÇIQLAMA: "İranla razılaşma BU VAXT OLA BİLƏR..."
00:47
İran ABŞ-nin hərbi gəmisini vurdu
00:43
Millimiz Avropa çempionatının finalına vəsiqə qazanıb
00:38
Tovuzda ağır yol-nəqliyyat hadisəsi BAŞ VERİB
00:29
O da Sammitə görə FRANSAYA GEDƏCƏK
00:26
Bu ölkələrdə Ukrayna pasport xidmətlərində yeni qaydalar tətbiq edilir
00:20
ONLARIN ÖLÜMÜNDƏN 5 İL ÖTÜR
00:10
04.06.2026
Avropanın Putini danışıqlar masasına gətirmək üçün yeni planı AÇIQLANDI
23:59
"Fənərbaxça"dan Luis Suarez sürprizi – İlkin razılıq əldə olundu?
23:39
Rusiyadan təhdid: "Bizi sınamağa cəsarət etməyin!"
23:29
Cənubi Qafqazın dominant gücü Azərbaycandır - RƏY
23:11
Rubioadan etiraf: "Dərin zərbələr görürük!"
22:49
Əlavə məzuniyyətlərlə bağlı YENİLİK
22:29
Tramp Türkiyəyə gedəcək
21:59
Qırğızıstan tarixdə ilkə imza atdı
21:47
Qalibaf İrana qarşı təhdidlərə cavab verdi
21:27
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi
20:49
Dünya alimləri Bakıda bir araya gəldi: İCSEGT 2026 başladı
20:39
XƏBƏRDARLIQ EDİLDİ: “El Nino” fəlakəti gəlir
20:23
Millimiz dünya çempionatında daha bir qələbəsini qazandı - FOTO
20:14
Netanyahu Trampdan danışdı: "Ona inanıram!"
19:57
İmişlidəki yanğınla bağlı SON MƏLUMAT
19:37
Zelenski NATO sammitində iştirak edəcəyi tarixi AÇIQLADI
19:25
Xameneinin dəfn yeri niyə mübahisə yaradır?
19:00
Paşinyanın sülh göyərçini hava qalxmadı - Video
18:53
Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi
18:42
Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb
18:22
Tramp görüşü Braziliyada qalmaqal yaratdı: Lula sərt danışdı
18:14
TDT ölkələrinin mərkəzi banklarının toplantısı Bakıda keçiriləcək
18:05
Küveyt iki İran diplomatını “persona-non grata” elan etdi
17:58
Ukraynadan bir qrup uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
17:50
Ukrayna cəbhədə önə keçir: G7 müharibənin taleyini dəyişə bilər…
17:40
Tramp Xamenei ilə görüşəcək?  - Sülh danışıqlarının uzanmasına baxmayaraq…
17:31
Baş nazir əlilliyi olan şəxslərlə bağlı qərar imzaladı
17:24
Naxçıvanda idarə rəisi vəzifəsindən azad edildi
17:13
ATƏT PA Ermənistandakı seçkiləri müşahidə edəcək
17:08
Roma Papası Prezident İlham Əliyevə təbrik məktubu göndərib
17:00
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatarlar hərəkət edəcək
16:52
Azərbaycanda 6 saatlıq iş rejimi tətbiq olunacaq? – AÇIQLAMA
16:42
Moskvanın məqsədi Paşinyanı devirmək deyil… - SƏBƏB BƏLLİ OLDU
16:30
Azərbaycanda abort statistikası ARTIR - Sosioloqdan həyəcan təbili
16:20
Niderland rəsmiləri Bakıda enerji və əlaqəlilik məsələlərini müzakirə etdilər
16:10
Tramp ABŞ-nin blokadasının sentyabra qədər uzadıla biləcəyini bildirib
15:59
Yeni Dehlidə hotel alovlandı, çox sayda insan həlak oldu
15:53
Çörəyin qiyməti YENİDƏN BAHALAŞACAQ? - “Yaxın müddətdə…”
15:47
Moskva ilə İrəvanı nə bağlayır? – Siyasi gərginliyin arxasındakı iqtisadi reallıq
15:21
Gərginlik YENİDƏN ARTIR: “İran kapitulyasiyanı qəbul etməyəcək!”
15:15
Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı
15:08
Politoloqdan Başkənd açıqlaması: “Bu kəndin mübadiləsi mümkün deyil”
14:50
I sinif üzrə prioritet məktəblərdə boş qalan yerlərə qəbul başlayır
14:42
Baş katib: "Ermənistanın KTMT-yə üzvlüyü ilə bağlı qərarı xalq verəcək"
14:36
“Rəsmi Bakının beynəlxalq enerji siyasətində rolu artır” - Millət vəkili
14:30
Əli Əhmədovun oğlu baş həkim təyin edildi
14:28
Nazir “qayıdış qaçılmazdır” dedi - Londonun Aİ kursu dəyişir?
14:25
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR