İranlı diplomatın qələmə aldığı kitab qısa müddətdə beynəlxalq oxucu auditoriyasının diqqətini cəlb etməyi bacarıb.
EDnews xəbər verir ki, iranlı diplomat Abbas Əraqçinin “The Power of Negotiation” adlı kitabı "New York Times bestseller" siyahısına daxil olub.
Kitab diplomatiya, strategiya və real danışıqlar taktikaları ilə bağlı təqdim etdiyi yanaşmalarla diqqət çəkir. Əsərdə müəllif beynəlxalq danışıqlardakı şəxsi təcrübəsinə əsaslanaraq qlobal siyasətdə danışıqların rolunu izah edir.
Qeyd olunur ki, nəşr qısa müddətdə geniş oxucu kütləsi qazanaraq beynəlxalq müstəvidə maraq doğurub.







