Türk Birliyi: Üçüncü Yol - SOYKAN DURDAĞI YAZIR...

Türk Birliyi: Üçüncü Yol - <span class="text-danger">SOYKAN DURDAĞI YAZIR...</span>

XX əsr bizə iki mühüm birlik təcrübəsi göstərdi: Ərəb Birliyi və Avropa Birliyi. Bunlardan biri ortaq dil, din və tarixi yaddaşa baxmayaraq güclü siyasi inteqrasiya yarada bilmədi. Digəri isə əsrlərlə müharibə aparmış xalqları ortaq bazar, ortaq hüquq və ortaq institutlar ətrafında bir araya gətirməyi bacardı.
Bu iki nümunə Türk Dünyası üçün mühüm dərslər daşıyır. 

Ərəb Birliyinin ən böyük üstünlüyü ortaq kimlik idi. Ərəb dili, İslam sivilizasiyası, ortaq tarix və müstəmləkəçiliyə qarşı yaddaş güclü birlik zəmini formalaşdırırdı. Lakin bu ortaq dəyərlər institusional nizam-intizam, iqtisadi inteqrasiya, ortaq təhlükəsizlik memarlığı və liderlik uyğunluğu ilə dəstəklənmədiyi üçün məhdud çərçivədə qaldı.

Avropa Birliyi isə fərqli bir yol seçdi. Avropa xalqları eyni dili danışmırdı. Onlar eyni tarixi yaddaşa da sahib deyildilər; əksinə, iki böyük dünya müharibəsinin dağıdıcı mirasını daşıyırdılar. Ancaq Avropa emosional birlikdən əvvəl iqtisadi maraq ortaqlığı qurdu. Kömür, polad, ticarət, gömrük, hüquq, pul siyasəti və institusional mexanizmlər üzərindən addım-addım inteqrasiya etdi.

Buradan çıxan nəticə aydındır:

Birlik yalnız ortaq kimliklə qurulmur. Ortaq kimlik böyük nemətdir; lakin onu instituta, bazara, infrastruktura, hüquqa və strategiyaya çevirə bilməsəniz, siyasi nəticə doğurmaz. Türk Dünyası məhz bu iki nümunədən dərs çıxarmalıdır.

Bizim Ərəb Birliyindən fərqimiz yalnız emosional birlikdə qalmamaq məcburiyyətində olmağımızdır. Bizim Avropa Birliyindən fərqimiz isə süni maraq ortaqlığı deyil, minilliklərə söykənən tarix, dil, mədəniyyət və tale ortaqlığı üzərində yüksəlməyimizdir.

Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan xətti yalnız qardaş dövlətlər topluluğu deyil, Avrasiyanın gələcəyini müəyyənləşdirəcək strateji türk qurşağıdır. Türk Dövlətləri Təşkilatı bu baxımdan tarixi fürsətdir. 2009-cu ildə institusional kimlik qazanan bu qurum bu gün Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanı üzv; Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası və İqtisadi Əməkdaşlıq Təşkilatını isə müşahidəçi kimi öz tərkibində birləşdirir.

Xüsusilə Macarıstanın müşahidəçi statusu Türk Dünyasının Avropa daxilindəki strateji təmas nöqtələrindən biri kimi ayrıca əhəmiyyət daşıyır. Bu bizə onu göstərir:

Türk Birliyi yalnız şərqə yönəlmiş bir ideal deyil; Avropaya, Avrasiyaya və qlobal sistemə açılan çoxşaxəli sivilizasiya və strategiya layihəsidir. Bu gün məsələ artıq budur:

Türk Birliyi ideyasını yalnız mədəni diskurs səviyyəsindəmi saxlayacağıq, yoxsa onu ortaq bazar, ortaq nəqliyyat şəbəkəsi, ortaq enerji strategiyası, ortaq müdafiə baxışı, ortaq əlifba, ortaq təhsil siyasəti və rəqəmsal logistika infrastrukturu ilə real güc mərkəzinəmi çevirəcəyik?

Burada başqa bir reallıq da var:

Türk Dünyası öz içinə qapanan, ətrafındakı böyük gücləri yox sayan bir quruluş yarada bilməz. Rusiya, Çin, İran, Macarıstan, Pakistan, Körfəz ölkələri və Avropa ilə qurulacaq münasibətlər Türk Birliyi baxışının xaricində deyil, onun tamamlayıcı strateji halqalarıdır. Çünki Avrasiyada güc olmaq yalnız qardaş dövlətlərlə birləşmək deyil; ətrafdakı böyük aktorları da düzgün əsasda öz tərəfinə çəkə bilmək, ən azından ortaq maraq sahələrində birlikdə hərəkət etdirə bilməkdir.

Çin “Bir Kəmər, Bir Yol” təşəbbüsü ilə ticarət yollarını formalaşdırır. Təbii resurslarının böyük hissəsini Şərqi Türküstandan təmin edir. Rusiya Avrasiya təhlükəsizlik və enerji balansında hələ də müəyyənedici aktordur. Tərkibində ciddi sayda türk xalqlarını birləşdirir. İran Qafqaz, Xəzər, Orta Asiya və cənub dəhlizləri baxımından diqqətdən kənarda qala bilməyəcək keçid ölkəsidir. Əhalisinin təxminən 40 faizini azərbaycanlılar, türkmənlər və qaşqay türkləri təşkil edir.

Macarıstan isə həm mənşə etibarilə digər avropalılardan fərqli olaraq slavyan, german və ya latın deyil, adından da göründüyü kimi hun mənşəlidir, həm də Türk Dünyasının Avropadakı təbii təmas qapılarından biri olmaq potensialına malikdir. Bu səbəbdən Türk Birliyi ideyası dar emosional birlik deyil, geniş Avrasiya strategiyası kimi düşünülməlidir. Ərəb Birliyi bizə bunu göstərir: Ortaq kimlik təkbaşına kifayət etmir.

Avropa Birliyi bizə bunu göstərir: İnstitut, iqtisadiyyat və hüquq olmadan birlik qalıcı olmaz. Türk Dünyası isə üçüncü və daha güclü bir yol qura bilər: ortaq kimlik + ortaq maraq + ortaq institut + ortaq strategiya + ağıllı ətraf diplomatiyası. Orta Dəhliz bu yürüşün iqtisadi onurğa sütunudur. Türk Dövlətləri Təşkilatı isə bu yürüşün siyasi təməlidir. Macarıstandan Çinə, Rusiyadan İrana uzanan ətraf diplomatiyası isə bu yürüşün geosiyasi tamamlayıcısıdır. Ortaq tariximiz bu yürüşün ruhudur.

Bu gün Türk Dünyasının qarşısındakı vəzifə romantik bir arzu deyil, tarixi zərurətdir. Çünki XXI əsrdə güclü olmaq istəyən xalqlar yalnız əhaliləri ilə deyil; bazarları, dəhlizləri, institutları, texnologiyaları, ittifaqları və strateji ağılları ilə mövcud olacaqlar.

Qənaətim budur: Türk Birliyi Ərəb Birliyi kimi dağınıq qalmamalı, Avropa Birliyi kimi ruhsuz və texnokratik də olmamalıdır.

Türk Birliyi ruhu olan, tarixi olan, təşkilatı olan, bazarı olan, dəhlizi olan, ətrafına təsir göstərən və gələcəyə doğru irəliləyən bir sivilizasiya layihəsi olmalıdır.

XXI əsr Türk Dünyasının yenidən ortaq ağıl və ortaq güclə tarix səhnəsinə çıxdığı əsr ola bilər.

Yetər ki, qardaşlığı instituta, ölkəni strategiyaya, tarixi gələcəyə, ətrafı isə ağıllı diplomatiyaya çevirə bilək.

Türk dünyası və beynəlxalq münasibətlər üzrə mütəxəssis

Soykan Durdağı

Xəbər xətti

Cəlilabadda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb - YENİLƏNİB-3
02:00
Ağ Ev: İran nüvə silahı hazırlamaqdan və almaqdan imtina etməyə razılaşıb
01:30
İran rəhbərliyi ABŞ ilə razılığa gəlmək üçün PLAN HAZIRLADI
01:09
Abbas Əraqçı: "İSRAİLƏ ZƏRBƏ ENDİRƏCƏYİK!"
01:03
SEPAH Küveytə hücumu təkzib etdi
00:58
İspaniya çempionatında ən gözəl qolun müəllifi O OLDU
00:53
TRAMPDAN AÇIQLAMA: "İranla razılaşma BU VAXT OLA BİLƏR..."
00:47
İran ABŞ-nin hərbi gəmisini vurdu
00:43
Millimiz Avropa çempionatının finalına vəsiqə qazanıb
00:38
Tovuzda ağır yol-nəqliyyat hadisəsi BAŞ VERİB
00:29
O da Sammitə görə FRANSAYA GEDƏCƏK
00:26
Bu ölkələrdə Ukrayna pasport xidmətlərində yeni qaydalar tətbiq edilir
00:20
ONLARIN ÖLÜMÜNDƏN 5 İL ÖTÜR
00:10
04.06.2026
Avropanın Putini danışıqlar masasına gətirmək üçün yeni planı AÇIQLANDI
23:59
"Fənərbaxça"dan Luis Suarez sürprizi – İlkin razılıq əldə olundu?
23:39
Rusiyadan təhdid: "Bizi sınamağa cəsarət etməyin!"
23:29
Cənubi Qafqazın dominant gücü Azərbaycandır - RƏY
23:11
Rubioadan etiraf: "Dərin zərbələr görürük!"
22:49
Əlavə məzuniyyətlərlə bağlı YENİLİK
22:29
Tramp Türkiyəyə gedəcək
21:59
Qırğızıstan tarixdə ilkə imza atdı
21:47
Qalibaf İrana qarşı təhdidlərə cavab verdi
21:27
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi
20:49
Dünya alimləri Bakıda bir araya gəldi: İCSEGT 2026 başladı
20:39
XƏBƏRDARLIQ EDİLDİ: “El Nino” fəlakəti gəlir
20:23
Millimiz dünya çempionatında daha bir qələbəsini qazandı - FOTO
20:14
Netanyahu Trampdan danışdı: "Ona inanıram!"
19:57
İmişlidəki yanğınla bağlı SON MƏLUMAT
19:37
Zelenski NATO sammitində iştirak edəcəyi tarixi AÇIQLADI
19:25
Xameneinin dəfn yeri niyə mübahisə yaradır?
19:00
Paşinyanın sülh göyərçini hava qalxmadı - Video
18:53
Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi
18:42
Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb
18:22
Tramp görüşü Braziliyada qalmaqal yaratdı: Lula sərt danışdı
18:14
TDT ölkələrinin mərkəzi banklarının toplantısı Bakıda keçiriləcək
18:05
Küveyt iki İran diplomatını “persona-non grata” elan etdi
17:58
Ukraynadan bir qrup uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
17:50
Ukrayna cəbhədə önə keçir: G7 müharibənin taleyini dəyişə bilər…
17:40
Tramp Xamenei ilə görüşəcək?  - Sülh danışıqlarının uzanmasına baxmayaraq…
17:31
Baş nazir əlilliyi olan şəxslərlə bağlı qərar imzaladı
17:24
Naxçıvanda idarə rəisi vəzifəsindən azad edildi
17:13
ATƏT PA Ermənistandakı seçkiləri müşahidə edəcək
17:08
Roma Papası Prezident İlham Əliyevə təbrik məktubu göndərib
17:00
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatarlar hərəkət edəcək
16:52
Azərbaycanda 6 saatlıq iş rejimi tətbiq olunacaq? – AÇIQLAMA
16:42
Moskvanın məqsədi Paşinyanı devirmək deyil… - SƏBƏB BƏLLİ OLDU
16:30
Azərbaycanda abort statistikası ARTIR - Sosioloqdan həyəcan təbili
16:20
Niderland rəsmiləri Bakıda enerji və əlaqəlilik məsələlərini müzakirə etdilər
16:10
Tramp ABŞ-nin blokadasının sentyabra qədər uzadıla biləcəyini bildirib
15:59
Yeni Dehlidə hotel alovlandı, çox sayda insan həlak oldu
15:53
Çörəyin qiyməti YENİDƏN BAHALAŞACAQ? - “Yaxın müddətdə…”
15:47
Moskva ilə İrəvanı nə bağlayır? – Siyasi gərginliyin arxasındakı iqtisadi reallıq
15:21
Gərginlik YENİDƏN ARTIR: “İran kapitulyasiyanı qəbul etməyəcək!”
15:15
Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı
15:08
Politoloqdan Başkənd açıqlaması: “Bu kəndin mübadiləsi mümkün deyil”
14:50
I sinif üzrə prioritet məktəblərdə boş qalan yerlərə qəbul başlayır
14:42
Baş katib: "Ermənistanın KTMT-yə üzvlüyü ilə bağlı qərarı xalq verəcək"
14:36
“Rəsmi Bakının beynəlxalq enerji siyasətində rolu artır” - Millət vəkili
14:30
Əli Əhmədovun oğlu baş həkim təyin edildi
14:28
Nazir “qayıdış qaçılmazdır” dedi - Londonun Aİ kursu dəyişir?
14:25
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR