ABŞ Dövlət katibi Marko Rubio ABŞ adından Rusiya vətəndaşlarını Rusiya Günü münasibətilə təbrik edib.
EDnews xəbər verir ki, mətbuat açıqlaması ABŞ Dövlət Departamentinin saytında dərc edilib.
Diplomat bəyanatda Vaşinqtonun Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün mübarizə aparmağa davam etdiyini vurğulayıb.
Rubio bildirib: "Biz ümid edirik ki, davamlı sülh Rusiya xalqı üçün daha firavan gələcəyə və ölkələrimiz arasında daha konstruktiv münasibətlərə yol açacaq".







