İranın xarici işlər naziri Abbas Əraqçi İslamabad Memorandumu ilə bağlı açıqlama verib.
EDnews xəbər verir ki, baş diplomat rəsmi “X” hesabında tərəflər arasında tarixi sənədin imzalanmasına çox az vaxt qaldığını diqqətə çatdırıb:
“İslamabad Anlaşma Memorandumunun imzalanmasına heç vaxt bu qədər yaxın olmamışıq. Sənəd tam yekunlaşana qədər medianı onun məzmunu ilə bağlı hər hansı fərziyyə və spekulyasiyalardan uzaq durmağa çağırırıq”.







