Böyük Britaniyanın daxili işlər nazirinin keçmiş müavini Den Carvis müdafiə naziri təyin edilib.
EDnews Britaniya KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazir Kir Starmerin ofisinin bəyanatında deyilir.
"Kral aşağıdakı təyinatı təsdiq etməyə lütf edib: parlament üzvü Den Carvis müdafiə naziri təyin edilib", - deyə sənəddə bildirilir.
Xatırladaq ki, Böyük Britaniyanın müdafiə naziri Con Hili dünən istefa verib. Hili istefaya səbəb kimi müdafiə xərcləri ilə bağlı fikir ayrılıqlarını göstərib.







