ABŞ Prezidenti Donald Tramp futbol üzrə 2026-cı il Dünya Çempionatında ABŞ millisinin ilk oyununu stadiondan izləməyəcək.
EDnews xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Ağ Evin və DÇ-2026 Təşkilat Komitəsinin işçi qrupunun rəhbəri Endryu Culianinin sözlərinə görə, Tramp sıx iş qrafiki səbəbindən ABŞ millisinin Paraqvaya qarşı keçirəcəyi ilk oyunda iştirak edə bilməyəcək.
Culiani bildirib ki, turnir yekun mərhələyə yaxınlaşdıqca Trampın Dünya Çempionatına marağı və iştirakı daha da artacaq.
Qeyd edək ki, DÇ-2026-nın açılış matçında Meksika millisi Cənubi Afrika yığmasına 2:0 hesabı ilə qalib gəlib. Görüş Mexikodakı “Asteka” stadionunda keçirilib.
Aytac Kərimova | EDnews







